top
Erhan Toker iki oyunçunun çıxışından narazıdır, lazım gələrsə dəyişiklik edəcək Idman.biz
Bu gün, 22:04
- ↺ +

Erhan Toker iki oyunçunun çıxışından narazıdır, lazım gələrsə dəyişiklik edəcək

"LANDAU Lions" basketbol klubunun baş məşqçisi Erhan Toker komandadakı iki oyunçunun çıxışından narazı qaldığını və vəziyyət dəyişməsə, heyətdə dəyişiklik edə biləcəklərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə FIBA Avropa Kubokunda Slovakiyanın "Prievidza" klubuna 93:97 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında danışıb.

Toker mövsümə daha güclü komanda qurduqlarına inanaraq başladıqlarını, lakin bəzi basketbolçuların gözləntiləri doğrultmadığını qeyd edib:

"Dürüst danışsaq, ötən mövsümlə müqayisədə daha yaxşı komanda qurduğumuzu düşünərək mövsümə başlamışdıq. Amma hazırda zədədən qayıdanlar istisna olmaqla, iki oyunçumuzdan istədiyimiz dəstəyi ala bilmirik. Adlarını çəkməyəcəyəm. Əgər onlar toparlanaraq yaxşı oyunlarını göstərsələr, o zaman liqada güclü komanda olacağıq. Əgər öz üzərlərində işləməsələr, oyunçu dəyişikliyi barədə düşünə bilərik. Hazırda onların çıxışından məmnun deyiləm".

Baş məşqçi "Prievidza" ilə qarşılaşmada qələbə qazana bilsəydilər, qrupdan çıxmaq üçün möcüzəyə ümid edə biləcəklərini bildirib:

"Bu matçdan qələbə ilə ayrılsaydıq, bəlkə də bir möcüzənin arxasınca gedə bilərdik. Alınmadı. Artıq qrupdan çıxa bilməyəcəyimiz bəlli oldu".

Erhan Toker mövsümün əvvəlindən komandanın zədələrlə mübarizə apardığını xatırladıb. Onun sözlərinə görə, əvvəlcə Edvart Polayt, daha sonra Saadettin, Arnas, Orelik və Freyzer zədələnib. Buna baxmayaraq, qələbə istəyi səbəbindən "Prievidza" ilə görüşdə Gediminas Orelik də meydana çıxıb.

Mütəxəssis məğlubiyyətin əsas səbəblərindən biri kimi müdafiədəki səhvləri göstərib:

"Bu dəfə də müdafiədə sadə səhvlərə yol verdik. Üstəlik, bu səhvlər kritik məqamlarda baş verdi. Oyunu qazanmaq üçün çox böyük güc sərf etsələr də, istədiklərinə nail ola bilmədilər".

Qeyd edək ki, "LANDAU Lions" "Prievidza"ya məğlubiyyətdən sonra FIBA Avropa Kubokunun G qrupundan çıxmaq şansını itirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:33

Liverpool və Manchester United Barcelona-nın sol müdafiəçisi Aleix Balde üçün danışıqlara başladı

Digər
Bu gün, 22:18

Fərid Qayıbov Eurosport rəhbərləri ilə beynəlxalq idman təbliği və media əməkdaşlığı barədə görüşdü

Futbol
Bu gün, 21:56

Arda Güler: Real Madriddə tarix yazmaq arzum

Futbol
Bu gün, 21:38

Barselona Bakıya səfərini avrokuboklarda ən uzaq səfər kimi elan etdi

Futbol
Bu gün, 21:30

Mahir Emreli UEFA Milli Ligi rəmzi heyətinə seçildi

Futbol
Bu gün, 21:28

İngiltərə Premyer Liqasında bir turda altı səhv qərar antirekorduna nail edildi

Futbol
Bu gün, 21:13

Ayxan Abbasov: Yeni müqavilə üçün AFFA ilə dekabrda müzakirələr başlayacaq

Voleybol
Bu gün, 20:42

Turan qadın voleybol komandası Super Liqada Naxçıvanı 3:0 məğlub etdi

Futbol
Bu gün, 20:40

Sumqayıt Futbol Akademiyasında Antidopinq Seminarı Təşkil Olub

Futbol
Bu gün, 20:32

Poçettino Manchester United-ə gəldi, məşqçi kəlamı açıqlandı

Voleybol
Bu gün, 20:23

AZERRAIL, Azərbaycan Super Liqasında Murov Az Terminalı 3:0 məğlub etdi

Futbol
Bu gün, 20:12

Globe Soccer Awards-da 2026-cı ilin ən yaxşı yarımmüdafiəçisinə 14 namizəd açıqlandı

Qarabağ FK
Bu gün, 20:05

"Qarabağ"ın əvəzediciləri Qazaxıstanın "Aksay" klubuna 3:0 hesabı ilə məğlub oldu

Formula 1
Bu gün, 19:58

Karlos Sayns: Bakı Qran-prisindəki podiumum "Williams" dövründə ən çox sevindiyim nəticədir

Futbol
Bu gün, 19:58

İsa Süleyman iştirakı ilə Pakistan millisi SAFF Çempionatında Hindistana 1:2 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 19:49

Manchester United, 16 yaşlı hücumçu Cey-Cey Qabrielin ayrılığına görə FIFA-ya şikayət etməyi planlaşdırır

Futbol
Bu gün, 19:44

Barselona, Qış Transferində Müdafiəni Gücləndirməyi Planlaşdırır

Basketbol
Bu gün, 19:29

İslandiya basketbolçusu Telma Aqustsdottir 41 xal toplayaraq 30 illik rekordunu qırdı

Futbol
Bu gün, 19:28

Fənərbaxça Mert Mülder və İrfan Canla 3 illik müqavilə təklif edir

Futbol
Bu gün, 19:16

Skalononun gənc futbolçulara mesajı: ‘Messi də bu prinsipi qəbul edib’

Futbol
Bu gün, 19:01

Manchester United 16 yaşlı Cey Cey Qabrielin Real Madriddə mümkün transferi üçün hüquqi mübarizə hazırdır

Futbol
Bu gün, 18:39

Azərbaycan milli komandası AVRO-2028-in seçmə mərhələsində beşinci səbətdə yer aldığından beş komandadan ibarət qrupa düşəcək

Futbol
Bu gün, 18:30

İspan məşqçisi Xosep Qvardiola Səudiyyə təkliflərini rədd etdi

Oxşar xəbərlər