Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsində 1/4 final oyunu keçiriləcək.
İdman.Biz xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi SOCAR" komandası İspaniya yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:10-da start götürəcək.
Daha əvvəl komandamız ilk qrup oyununda Yaponiyanın "Mitsubişi Elektrik" klubuna 11:16 hesabı ilə məğlub olsa da, ikinci oyununda Uqanda millisinə 18:14 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Neftçi SOCAR" Orlean mərhələsində qrupu ikinci pillədə başa vuraraq 1/4 finala yüksəlib.