top
Belarusun 272 sakini olan Dolbizno kəndinin Niva klubu yüksək liqaya vəsiqə qazandı Idman.biz
Bu gün, 22:16
- ↺ +

Belarusun 272 sakini olan Dolbizno kəndinin "Niva" klubu yüksək liqaya vəsiqə qazandı

Belarus futbolunda mövsümün ən böyük sensasiyalarından biri gerçəkləşib. Brest vilayətinin Dolbizno kəndini təmsil edən "Niva" klubu ölkənin yüksək liqasına vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, komanda birinci liqanın sonuncu, 34-cü turunda Minsk "Dinamo"sunun əvəzedici heyətini 1:0 hesabı ilə məğlub edərək çempion olub. Qarşılaşmanın yeganə qolunu 66-cı dəqiqədə Mixail Qordeyçuk penaltidən vurub.

"Niva" mövsümü 74 xalla başa vuraraq ən yaxın izləyicisi "Lida"nı iki xal qabaqlayıb. Komanda 34 qarşılaşmada 23 qələbə qazanıb, beş heç-heçə edib və altı məğlubiyyət alıb. Rəqib qapılarından 86 top keçirən kənd təmsilçisi 39 qol buraxıb.

Polşa sərhədindən yeddi kilometr məsafədə yerləşən Dolbiznonun 2019-cu il siyahıyaalınmasına əsasən cəmi 272 sakini olub. Maraqlıdır ki, "Niva"nın çempionluğunu rəsmiləşdirdiyi qarşılaşmanı stadiondan 980 tamaşaçı izləyib.

Klub 2005-ci ildə yerli sahibkar, "AqroNiva" kənd təsərrüfatı müəssisəsinin rəhbəri Viktor Bobr tərəfindən yaradılıb. Uzun müddət həvəskar səviyyədə çıxış edən komanda 2021-ci ildə ikinci liqaya qoşulub, 2022-ci ildə həmin turnirin qalibi olub, 2023-cü ildə isə birinci liqada debüt edib.

"Niva"nın yüksək liqada iştirakı üçün qarşıda sonuncu maneə qalıb. Klub Belarus Futbol Federasiyasının lisenziyalaşdırma tələblərinə cavab verməlidir.

Klub rəhbərliyi ev oyunlarını məhz Dolbiznoda keçirmək istəyir. Bunun üçün kənd stadionunda yeni tribunaların tikintisi davam etdirilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 22:20

Qurban Qurbanovun nazirlik mesajı: Sabırli olun, Qarabağ geri qayıdacaq

Voleybol
Bu gün, 22:02

Qaspari

Futbol
Bu gün, 22:00

La Liqa prezidenti Real və Barselona hakimlərə təzyiq göstərdiyini bildirib

Futbol
Bu gün, 21:47

İraola "Brüssel"in son 11 oyunda 10 qələbə, 1 heç-heçə etdiyini bildirib

Futbol
Bu gün, 21:40

PSJ, "Napoli" və "Atletiko" "Fənərbaxça"nın vingeri Meyson Qrinvudu 75 milyon avroya istəyir

Futbol
Bu gün, 21:20

Pro kateqoriyalı məşqçi Rüstəm Məmmədov niyə heç bir klubda çalışmadığını açıqladı

Futbol
Bu gün, 21:19

2028-ci ildə ABŞ-də Amerika Futbol Kuboku keçiriləcək

Futbol
Bu gün, 21:04

Napoli Məşqçisi Alleqri, Manchester City-ni Çempionlar Liqasının Favoritləri Sayır

Digər
Bu gün, 21:00

Volqoqrad məhkəməsi İsinbayevanın xeyriyyə fondunu maliyyə hesabatlarının təqdim edilməməsinə görə ləğv edib

Futbol
Bu gün, 21:00

İmişlinin mərkəzi stadionunun çökək vəziyyəti ŞOK!

Qarabağ FK
Bu gün, 20:53

Andrey Arşavin “Səbahi‑Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gəlib

Futbol
Bu gün, 20:51

"Qalatasaray"ın "Aston Villa" sınağı - Heyətlər - YENİLƏNİR

Futbol
Bu gün, 20:49

"Mançester Yunayted"in gənc müdafiəçisi Eyden Heyven qış pəncərəsində komandanı tərk etmək niyyətindədir

Futbol
Bu gün, 20:40

De Bröyne: "Mançester Siti" ilə qazandıqlarımla fəxr edirəm, bu hadisələr mənim futbolçu kimliyimi dəyişməyəcək"

Futbol
Bu gün, 20:40

Neftçi Freddi Varqasını transfer edərək bahalı imza çəkməyə çalışır

Futbol
Bu gün, 20:23

Sadio Mane: "CAS-ın Seneqala çempionluğu qaytarması bizi hədsiz sevindirdi"

Futbol
Bu gün, 20:20

«Bavariya» Maykl Olisenin mütləq ayrılığına və yerinə alternativ transferlərinə hazırlaşır

Futbol
Bu gün, 20:15

"Tottenhem" 18 yaşlı yarımmüdafiəçisi Luka Uilyams-Barnettlə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 20:11

Mourinyonun seçimi qarşısında Vinisiusun iki fərqli üzü

Voleybol
Bu gün, 20:10

Naxçıvan qadın voleybol komandası 3:1 hesabla məğlub oldu

Futbol
Bu gün, 20:10

Hanzi Flik "Sabah"-ı La Liqa səviyyəsində qiymətləndirib: "Gözəl oynayırlar, yüksək dəyərləndirəm"

Futbol
Bu gün, 20:05

“Sabah” La Liqa komandalarını xatırladır – Flik

Futbol
Bu gün, 20:00

Yamalın yoxluğu hiss olunacaq, amma...

Oxşar xəbərlər