top
Kobi Brayant: 81 xal toplayan gecə, beş çempionluq üzüyü və “Mamba” fəlsəfəsi Oxu.az
Bu gün, 07:00
- ↺ +

Kobi Brayant: 81 xal toplayan gecə, beş çempionluq üzüyü və “Mamba” fəlsəfəsi

Bir gün basketbol meydançasında 81 xal toplayır, başqa bir gün zədələnmiş ayağına baxmayaraq komandasını təkbaşına mübarizəyə aparırdı. Onun üçün məğlubiyyət sadəcə hesabda uduzmaq deyildi. Hər uğursuzluq növbəti dəfə daha güclü qayıtmaq üçün səbəb idi. O, özünə “Qara Mamba” adını seçmişdi. Kobi Brayant üçün bu, sadəcə ləqəb yox, həyat fəlsəfəsi idi.

Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə basketbol tarixinin ən böyük simalarından biri, milyonlarla insanın sevimlisinə çevrilən, lakin həyatı faciəvi şəkildə yarımçıq qalan Kobi Brayantın həyat və karyerasından bəhs edəcəyik.

Basketbolla yaşayan uşaqlıq

Kobi Bin Brayant 1978-ci il avqustun 23-də ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində dünyaya gəlib. Basketbol onun həyatına təsadüfən daxil olmamışdı. Atası Co Brayant da peşəkar basketbolçu idi və NBA-də çıxış etmişdi.

Kobi altı yaşında olarkən ailəsi İtaliyaya köçdü. Atası karyerasını Avropada davam etdirdiyi üçün gələcək ulduz uşaqlığının böyük hissəsini bu ölkədə keçirdi. O, italyan dilini öyrəndi, futbol oynadı, amma basketbola sevgisi heç vaxt azalmadı.

1991-ci ildə ailə ABŞ-yə qayıtdı. Kobi Aşağı Merion məktəbinin komandasında çıxış etməyə başladı. Burada göstərdiyi oyunla qısa müddətdə diqqətləri üzərinə çəkdi. Məktəb komandasını dörd il ardıcıl ştat çempionluğuna aparan gənc basketbolçu artıq peşəkar karyeraya hazır idi.

İdmandan kənar: 81 xallıq gecə, beş çempionluq üzüyü və yarımçıq qalan həyat hekayəsi: Qara Mambanın ölməz fəlsəfəsi - Foto/Video

Universitetə getmədi, birbaşa NBA-yə yollandı

1996-cı ildə Kobi Brayant universitetdə təhsil almaq əvəzinə NBA draftına qatılmaq qərarı verdi. O, "Şarlott Hornets" tərəfindən 13-cü sıradan seçildi, daha sonra "Los-Anceles Leykers"ə dəyişdirildi.

Beləliklə, Brayantın 20 il davam edəcək NBA karyerası başladı.

İlk mövsümlərində əsasən ehtiyat oyunçusu kimi meydana çıxsa da, istedadı və meydandakı cəsarəti onu tezliklə komandanın aparıcı simalarından birinə çevirdi. Cəmi 19 yaşında "NBA All-Star" matçının start heyətinə seçilən ən gənc basketbolçu oldu.

Onun qarşısında böyük hədəf vardı: çempionluq.

İdmandan kənar: 81 xallıq gecə, beş çempionluq üzüyü və yarımçıq qalan həyat hekayəsi: Qara Mambanın ölməz fəlsəfəsi - Foto/Video

Şakil O'Nil ilə birlikdə zirvəyə

1990-cı illərin sonlarında Kobi Brayantın Şakil O'Nillə tərəfdaşlığı "Leykers"ə yeni güc verdi. İki ulduzun meydandakı uyğunluğu komandanı NBA-in ən güclülərindən birinə çevirdi.

2000, 2001 və 2002-ci illərdə "Leykers" ardıcıl üç dəfə NBA çempionu oldu. Lakin bu uğurların arxasında yalnız meydandakı əməkdaşlıq yox, iki böyük xarakterin mübarizəsi də dayanırdı.

Brayant və O'Nil arasında münasibətlər zamanla gərginləşdi. Hər ikisi komandanın əsas lideri olmaq istəyirdi. Nəticədə O'Nil 2004-cü ildə "Mayami Hit"ə göndərildi. Kobi isə Los-Ancelesdə qaldı.

Bu ayrılıqdan sonra onun üzərinə daha böyük məsuliyyət düşdü. Artıq bütün komanda ondan nəticə gözləyirdi.

İdmandan kənar: 81 xallıq gecə, beş çempionluq üzüyü və yarımçıq qalan həyat hekayəsi: Qara Mambanın ölməz fəlsəfəsi - Foto/Video

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:50

İngiltərə klubu Nyuklasın yeni hədəfi: Ayvan Toni

Futbol
Bu gün, 22:45

Barselonanın sabiq futbolçusu Deko həyat yoldaşı ilə Bakı küçələrində - FOTO

Futbol
Bu gün, 22:40

"İnter" "Nyukasl"ın Espoziton 60 milyon avroya almaq təklifini rədd etdi

Futbol
Bu gün, 22:31

„Nyukasl“ „Mançester Yunayted“in Tonin və Holla ilə bağlı transfer planlarını poza bilər

Qarabağ FK
Bu gün, 22:20

Qurban Qurbanovun nazirlik mesajı: Sabırli olun, Qarabağ geri qayıdacaq

Futbol
Bu gün, 22:16

Belarusun 272 sakini olan Dolbizno kəndinin "Niva" klubu yüksək liqaya vəsiqə qazandı

Voleybol
Bu gün, 22:02

Qaspari

Futbol
Bu gün, 22:00

La Liqa prezidenti Real və Barselona hakimlərə təzyiq göstərdiyini bildirib

Futbol
Bu gün, 21:50

2028-ci il Amerika Kubokuna ABŞ-da üçüncü dəfə ev sahibliyi edəcək

Futbol
Bu gün, 21:47

İraola "Brüssel"in son 11 oyunda 10 qələbə, 1 heç-heçə etdiyini bildirib

Futbol
Bu gün, 21:40

PSJ, "Napoli" və "Atletiko" "Fənərbaxça"nın vingeri Meyson Qrinvudu 75 milyon avroya istəyir

Futbol
Bu gün, 21:20

Pro kateqoriyalı məşqçi Rüstəm Məmmədov niyə heç bir klubda çalışmadığını açıqladı

Futbol
Bu gün, 21:19

2028-ci ildə ABŞ-də Amerika Futbol Kuboku keçiriləcək

Futbol
Bu gün, 21:04

Napoli Məşqçisi Alleqri, Manchester City-ni Çempionlar Liqasının Favoritləri Sayır

Digər
Bu gün, 21:00

Volqoqrad məhkəməsi İsinbayevanın xeyriyyə fondunu maliyyə hesabatlarının təqdim edilməməsinə görə ləğv edib

Futbol
Bu gün, 21:00

İmişlinin mərkəzi stadionunun çökək vəziyyəti ŞOK!

Qarabağ FK
Bu gün, 20:53

Andrey Arşavin “Səbahi‑Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gəlib

Futbol
Bu gün, 20:51

"Qalatasaray"ın "Aston Villa" sınağı - Heyətlər - YENİLƏNİR

Futbol
Bu gün, 20:49

"Mançester Yunayted"in gənc müdafiəçisi Eyden Heyven qış pəncərəsində komandanı tərk etmək niyyətindədir

Futbol
Bu gün, 20:40

De Bröyne: "Mançester Siti" ilə qazandıqlarımla fəxr edirəm, bu hadisələr mənim futbolçu kimliyimi dəyişməyəcək"

Futbol
Bu gün, 20:40

Neftçi Freddi Varqasını transfer edərək bahalı imza çəkməyə çalışır

Futbol
Bu gün, 20:23

Sadio Mane: "CAS-ın Seneqala çempionluğu qaytarması bizi hədsiz sevindirdi"

Futbol
Bu gün, 20:20

«Bavariya» Maykl Olisenin mütləq ayrılığına və yerinə alternativ transferlərinə hazırlaşır

Futbol
Bu gün, 20:15

"Tottenhem" 18 yaşlı yarımmüdafiəçisi Luka Uilyams-Barnettlə yeni müqavilə imzaladı

Oxşar xəbərlər