top
Dina Ulyanova: İslamiadada çempionluğu qoruyub saxlamaq üçün mübarizə aparacağıq Idman.biz
17 noyabr 2025, 17:49
- ↺ +

Dina Ulyanova: İslamiadada çempionluğu qoruyub saxlamaq üçün mübarizə aparacağıq

Bu gün Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında 3x3 basketbol yarışları başlayır. Azərbaycan millisinin qadın komandası turnirə ikiqat çempion statusu ilə başlayır və uğuru davam etdirməyi hədəfləyir.

Komandanın ən təcrübəli basketbolçularından biri olan Dina Ulyanova matçların startı ərəfəsində fikirlərini İdman.Biz-lə bölüşüb.

"Mövsümün payız mərhələsi kifayət qədər intensiv keçir – Avropa çempionatında və Dünya Liqasının finalında gümüş medal qazandıq, indi isə növbədə İslamiadadır. 3x3 yarışlarında kiçik fasiləmiz olmuşdu və biz bu oyunlara çox darıxmışıq. Ona görə də əhval-ruhiyyəmiz çox yaxşıdır. Sentyabr ayındakı uğurlu çıxış bizi mövsümü yüksək səviyyədə başa vurmağa motivasiya edir. Buna görə də hədəf - qızıl medal uğrunda mübarizədir", - Ulyanova vurğulayıb.

O bildirib ki, İslamiadanın ikiqat qalibi statusu yarışlar başlamazdan öncə əlavə motivasiya verir. "Bu nailiyyətləri nəzərə alaraq, həmin titulu ölkəmizdə daha dörd il saxlamaq istəyirik. Anlayırıq ki, Konya Oyunlarından sonra 3x3 basketbolunun səviyyəsi bütün ölkələrdə daha da yüksəlib, buna görə rəqibləri qiymətdən salmaq olmaz. Amma ilk oyundan peşəkarlığımızı göstərməli və turnirin sonunadək bu səviyyəni qoruyub saxlamalıyıq. Düşünürəm ki, uğurun açarı da elə budur", - Ulyanova əlavə edib.

Basketbolçu, həmçinin, yarışın reqlamenti haqda danışıb: "Qrupda üç oyun keçirəcəyik, bundan sonra iki komanda birbaşa yarımfinala yüksələcək. Sürünməyə vaxt yoxdur - bizi üç gün ərzində çox gərgin mübarizə gözləyir. Bəzi rəqibləri əvvəlki turnirlərdən tanıyırıq, digər komandalarla bağlı məlumatı isə məşqçi hazırlayıb. Qazanmaq hamının istəyidir, lakin qalib o olacaq ki, hər saniyə 100 faiz qızıl medala can atacaq", - deyə, Dina Ulyanova sözlərini yekunlaşdırıb.

Azərbaycanın qadın 3x3 millisi - D. Ulyanova, həmçinin Aleksandra Mollenhauer, Brianna Freyzer və Tatyana Deniskinanın yer aldığı komanda bu gün Ər-Riyadda iki oyun keçirəcək. Əvvəlcə Səudiyyə Ərəbistanına qarşı oynayacaq, daha sonra Türkiyə ilə görüşəcək.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Dünən, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Dünən, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Futbol
Dünən, 20:39

Azər Məmmədov: "Kəpəz"in "İmişli"yə qarşı qəhrəmanlığı və futbolçulara etibarım

Futbol
Dünən, 20:34

Cüt futbol: "Union Berlin" və "Köln" Bundesliqada 1:1 hesabla heç-heçəyə imza atdılar

Güləş
Dünən, 20:29

Azərbaycanın güləş milli komandasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatı uğursuzluğuna görə üzr istədi

Futbol
Dünən, 20:22

"Strasbur" "Oser"i 5:1 hesabı ilə darmadağın etdi

Oxşar xəbərlər