top
Camal Bey: Liqada ən yaxşı üçxallıq göstəriciyə sahib olmaq xüsusilə xoşdur Idman.biz
20 may 2026, 16:17
- ↺ +

Camal Bey: Liqada ən yaxşı üçxallıq göstəriciyə sahib olmaq xüsusilə xoşdur

"Neftçi" basketbol klubunun ABŞ-li legioneri Camal Bey kifayət qədər məhsuldar mövsüm keçirib. O, Azərbaycan Basketbol Liqasında ən çox uzaqməsafəli dəqiq atış edən oyunçu olub, komandasının yarımfinala yüksəlməsinə kömək edib və Avropa Kubokunun oyunlarında iştirak edib.

Camal Bey Bakıdakı karyerası ilə bağlı təəssüratlarını İdman.Biz-lə bölüşüb.

- Başa çatan mövsümü necə qiymətləndirərdiniz? Nə alındı, nə alınmadı?

- Düşünürəm ki, kifayət qədər yaxşı il keçirdik. Çox böyük oyunlarımız oldu, komanda çempionat ərzində inkişaf etdi. Şəxsən mən də oyundan oyuna artırdığımı hiss edirdim. Əminəm ki, komanda yoldaşlarım da eyni fikirdədirlər. Əlbəttə, insan həmişə daha artığını istəyir, xüsusilə də finalın bir addımlığında dayananda. Amma ümumilikdə hesab edirəm ki, xarakter göstərdik və layiqli basketbol oynadıq.

- Siz liqada üç xallıq atışlarda ən yaxşı göstəriciyə sahib oldunuz. Bu, müəyyən mənada gözlənilməz oldu?

- Ola bilsin ki, müəyyən qədər belədir. Həmişə atışlar üzərində çox çalışıram və bunun mənim güclü tərəflərimdən biri olduğunu bilirəm. Amma liqada kifayət qədər güclü snayperlər var idi. Buna görə də belə statistikada ilk sırada olmaq xüsusilə xoşdur. Bu, gündəlik əməyin, həmçinin komanda yoldaşları və məşqçilərin mənə olan etimadının nəticəsidir.

- Dediniz ki, uzaq məsafədən atışlar sizin əsas üstünlüyünüzdür. Bu atışlar əvvəlcədən planlaşdırılır, yoxsa burada gözlənilməzlik effekti də olur?

- Düşünürəm ki, burada bir neçə amil var. Çünki yaxşı atış təkcə improvizasiya deyil. Çox şey topun hərəkətindən, komanda ilə qarşılıqlı oyundan, oyunu oxumaq bacarığından asılıdır. Bəzən əvvəlcədən harada boş zona tapa biləcəyini anlayırsan, bəzən isə qərarı saniyənin bir hissəsində verməli olursan. Hər şey oyunun gedişindən asılıdır, amma daim imkan axtarışında olursan.

- Sizcə, komandaya "Abşeron Lions"la yarımfinalda nə çatmadı?

- Bəzi məqamlarda bizə sabitlik və konsentrasiya çatmadı. Pley-off mərhələsində hər səhv böyük əhəmiyyət daşıyır. Rəqib öz şanslarından çox yaxşı istifadə etdi. Amma məğlubiyyətə baxmayaraq hesab edirəm ki, bu təcrübə "Neftçi"nin daha da güclənməsinə və gələcəkdə kubok uğrunda mübarizə aparmasına kömək edəcək.

- Ən çox nə yadınızda qaldı?

- Yəqin ki, ev oyunlarındakı atmosfer və mövsüm ərzində qazandığımız bir neçə vacib qələbə. Azarkeşlərin dəstəyini hiss edəndə və komandanın həqiqətən bir olduğunu anlayanda xüsusi emosiyalar yaşayırsan.

- Gələcək planlarınız nədən ibarətdir? Karyeranızı harada davam etdirməyi düşünürsünüz?

- Hazırda bir qədər dincəlmək istəyirəm. Daha sonra agentimlə birlikdə variantları nəzərdən keçirəcəyik. Müxtəlif təkliflərə açığam və növbəti addımı atmaq, yüksək səviyyədə oynamaq və basketbolçu kimi inkişaf etməyə davam etmək istəyirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 10:10

Kuzeyboru Voleybolçusu Ece Hitayca Sosial Şəbəkədə Təqib və Təzyiqlə Qarşı-qarşıya

Futbol
Bu gün, 10:02

Renat Dadaşov sağaldı, Ukraynaya qayıtmadan əvvəl məşqlərə qayıdacaq

Qarabağ FK
Bu gün, 10:00

X turda 18,900 azarkeş izləyib – “Kəpəz” yenidən lider oldu

Futbol
Bu gün, 09:52

Messi'dən Mbappé'ye: Ulduz Futbolçuların Klub Sahibliyi

Futbol
Bu gün, 09:43

Mahir Emreli oyunu ilə Rakuv 3-1 qalib qaldı

Futbol
Bu gün, 09:40

Manchester United skautlarını Borussia Dortmundun dörd oyunçusunu izləmək üçün Almaniyaya göndərib

Cüdo
Bu gün, 09:38

İbrahim Talıbov qızıl medal qazanıb – məşqçiləri təbrik edir

Futbol
Bu gün, 09:20

Arsenal, 70 milyon avro dəyərində hücumçunu qış transferi ilə qazanmağa hazırdır

Voleybol
Bu gün, 09:08

Turan CEV Çempionlar Liqasında III təsnifat mərhələsində ilk oyuna çıxacaq

Futbol
Bu gün, 09:08

Arda Gülər La Liga’da qol fürsətlərində liderdir, az oyunla üstünlük qazandı

Futbol
Bu gün, 09:00

Real, Tibo Kurtua’yı Bart Verbruggen ilə əvəzləmək planlaşdırır

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun oğlu Kristianinyo U-17 milli komandaya dəvət olundu

Futbol
Bu gün, 08:21

Harri Keyn “Bavariya” ilə yeni müqavilənin imzalanmasının bir neçə gün içində baş verəcəyini açıqladı

Futbol
Bu gün, 08:20

"Eştoril"in 18 yaşlı müdafiəçisi Jordan Arnolinə Barcelona, Brentford və Lille maraq göstərir

Futbol
Bu gün, 08:00

Lissabon klubu Fonseka ilə müqavilənin ləğvinə görə "Lion"a 5 milyon avro təzminat ödəyəcək

Qolf
Bu gün, 06:12

Taylandda 15 yaşlı qolfçu turnir zamanı ildırım vurar vəfat etdi

Futbol
Bu gün, 05:08

“Udineze” klubu uğursuz nəticələrdən sonra baş məşqçini Kosta Runyaiçdən Paolo Dzanettiyə dəyişdi

Futbol
Bu gün, 04:21

UEFA-ın ultimatumundan sonra FIFA sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşdı

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Oxşar xəbərlər