top
Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Report.az
Bu gün, 16:40
- ↺ +

Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb

Ölkədə basketbolun inkişafı, kütləviləşdirilməsi və idman təhsili ilə praktiki fəaliyyətin qarşılıqlı inteqrasiyasını gücləndirmək məqsədilə Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Azərbaycan İdman Akademiyası (ASA) arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə "Report"a ABF-nin mətbuat xidmətindən bildirilib.

Sənədin əsas məqsədi tərəflərin mövcud elmi‑tədris və praktiki imkanlarını birləşdirərək yüksəkixtisaslı idman mütəxəssislərinin hazırlanmasına, eləcə də tələbə və gənclərin idmana cəlb olunmasına dəstək göstərməkdir.

Memorandum çərçivəsində əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır:

Basketbolun inkişafı və təbliği: Müxtəlif yaş qrupları üzrə liqaların, turnirlərin təşkili, idman infrastrukturunun gücləndirilməsi və sağlam həyat tərzini təşviq edən sosial layihələrin icrası.

Gənc basketbolçuların və kadrların inkişafı: İstedadlı tələbə və gənc idmançıların aşkar edilərək yüksək səviyyəli yarışlara hazırlanması, məşqçilərin, hakimlərin, idman menecerləri və həkimlərinin peşəkar ixtisasartırması.

Təcrübə və təhsilin inteqrasiyası: Akademiya tələbələrinin federasiyada praktiki dərslər və təcrübə proqramları keçməsi, yarışların təşkili və idman idarəçiliyi sahəsində real iş mühiti ilə tanışlığı.

Azarkeş mədəniyyəti və fan klubların təşkili: Tələbə və gənclərin oyunlara aktiv cəlb olunması, universitet mühitində basketbol həvəskarlarının bir araya gətirilməsi və mütəşəkkil fan klubların formalaşdırılmasına dəstək.

Media və kommunikasiya layihələri: İdman jurnalistikası və kommunikasiya sahəsində gənc media nümayəndələrinin inkişafı, tərəflərin birgə sosial media layihələrinin həyata keçirilməsi.

İmzalanan memorandum ölkə basketbolunda akademik biliklərlə praktiki təcrübənin vəhdətini yaratmaqla yanaşı, həm meydançada, həm tribunalarda, həm də media mühitində yeni nəsil mütəxəssislərin yetişməsinə mühüm töhfə verəcək.

Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:49

Şahin Diniyev: 'Sabah' - 'Barselona' matçı futbolsevərlər üçün bayramdır

Basketbol
Bu gün, 16:40

Azərbaycanda basketbolun inkişafı üçün memorandum imzalandı

Futbol
Bu gün, 16:40

PSJ Yeni Hədəf Xulian Alvaresi Transferi

Futbol
Bu gün, 16:34

Günəş tutulmasını izləyən futbolçu əməliyyat olundu

Basketbol
Bu gün, 16:34

Ermənistan Bakıda keçiriləcək “Avrobasket-2027”də iştirak üçün müraciət edib

Digər
Bu gün, 16:26

Azərbaycan idmançıları Avropa turnirində 10 medal qazandılar - FOTO

Futbol
Bu gün, 16:20

Real Madrid

Futbol
Bu gün, 16:20

Utrextdə Entoni Korreya və Tamerus ayrıldı

Futbol
Bu gün, 16:19

İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı

Digər
Bu gün, 16:10

Onlayn və çap media subyektləri üçün müsabiqə elan edildi

Cüdo
Bu gün, 16:02

Rüstəm Alimli: "Dünya çempionatında ən azı bir qızıl medal qazanmağı hədəfləyirdik"

Boks
Bu gün, 16:02

2027-ci ildə Bakı və Almatıda UFC turniri keçiriləcək

Futbol
Bu gün, 16:00

CAS Afrika Millətləri Kubokunun qalibi sabah açıqlayacaq

Futbol
Bu gün, 16:00

Şamaxı stadionunda yenilik

Qarabağ FK
Bu gün, 15:53

Azərbaycan U-15 milli komandası Bayıl İnkişaf Mərkəzində təlim-məşq toplanışına başladı

Futbol
Bu gün, 15:50

Okan Buruk: Batrakovun oyunu bizim üçün çox vacibdir

Formula 1
Bu gün, 15:45

2030-cu ildə Formula 1 komandalarının mühərrik təchizatı sistemi dəyişəcək

Futbol
Bu gün, 15:41

İtaliyada qırmızı kart alan futbolçu bıçaqla meydanğa qayıtdığı üçün matç dayandırılıb

Futbol
Bu gün, 15:40

“Barselona”nın ən uzaq avrokubok səfəri – FOTO

Futbol
Bu gün, 15:40

Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər - Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər

Futbol
Bu gün, 15:38

"Sabah" - "Barselona: Mətbuat konfransları və açıq məşqlər

Futbol
Bu gün, 15:28

Tarixin özü Bakıda

Futbol
Bu gün, 15:20

Mançester Yunayted Luis Hollunu transfer etmək istəyir

Oxşar xəbərlər