Bu gün Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Xorvatiyanın Rijeka şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, yığmamız B qrupunun dördüncü turunda Portuqaliya millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində əvvəlcə Polşa yığmasına məğlub olub, daha sonra Ukrayna seçməsini məğlub edib, ardınca isə İslandiya yığmasına uduzub.