Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması iki yoldaşlıq matçında qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Anar Sarıyevin rəhbərlik etdiyi komanda Gürcüstanın U-18 (86:64) və U-20 (75:69) yığmalarını məğlub edib.

Qeyd edək ki, toplanışın əsas məqsədi iyulun 10-19-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.