top
Aoi Katsura: Neftçi ilə ciddi nəticələr qazana biləcəyimizə əminəm Idman.biz
14 may 2026, 14:56
- ↺ +

Aoi Katsura: "Neftçi" ilə ciddi nəticələr qazana biləcəyimizə əminəm

"Neftçi" 3x3 basketbol üzrə Qadınların Dünya Seriyasının bu mövsümündə heyətini yaponiyalı Aoi Katsura ilə gücləndirib. O, Filippində keçirilən mərhələdə Bakı komandasının heyətində çıxış edib, daha sonra isə 16 mayda Şanxayda start götürəcək növbəti turnirə yollanıb.

İdman.Biz Azərbaycan klubunda necə uyğunlaşdığından danışan Aoi Katsura ilə həmsöhbət olub.

Katsura "Neftçi"nin yarımfinala qədər irəlilədiyi Manila mərhələsində çıxışı ilə bağlı təəssüratlarını bölüşüb:

"Mənim üçün çox vacib və emosional turnir idi. O, xüsusi alındı, çünki istənilən yarışın startında komanda rəsmi matçlarda bir-birini yalnız hiss etməyə başlayır. Filippində əla atmosfer, çoxlu azarkeş və rəqiblərin yüksək səviyyəsi var idi. Şadam ki, ilk dəfə "Neftçi"ni təmsil edə bildim, finala çıxmaq üçün bir addımımız çatmadı".

Basketbolçu onu Bakıdan gələn təklifi qəbul etməyə nəyin vadar etdiyini də danışıb:

"İndiki komanda yoldaşlarım Dina Ulyanova, Aleksandra Mollenhauer və Brianna Freyzer, həmçinin məşqçi Ratоmir Deliçlə tanış idim. Bir neçə ildir məhz 3x3 basketbol oynayıram və komandanın üslubuna dərhal uyğunlaşdım. Hazırlıq üçün vaxt az olsa da, oyun ritminə kifayət qədər tez daxil oldum. Komanda yoldaşlarım və məşqçilər korpusu mənə kollektivin bir hissəsi kimi hiss etməyim üçün çox kömək etdi. Uzun müddət Yaponiya yığmasında çıxış etməyimə baxmayaraq, həmişə özümü xaricdə sınamaq istəyirdim. "Neftçi" ilə isə məndə belə imkan var".

Yaponiyalı idmançı klubun perspektivləri barədə də fikrini bildirib:

"Düşünürəm ki, komandanın böyük potensialı var. Biz Manilada xarakter göstərdik və hər epizodda mübarizə aparmağa çalışdıq. Şanxaydakı ikinci mərhələdə də eyni ruhda davam edəcəyik. Əlbəttə, yaxşılaşdırılmalı məqamlar var, amma bu, mövsümün yalnız başlanğıcıdır və qarşıda hələ çox turnir var. "Neftçi" ilə birlikdə irəliləməyə davam etmək, mümkün qədər çox matç qazanmaq və klubu beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm. Əminəm ki, ciddi nəticələr qazana bilərik. Növbəti mərhələlərdə də azarkeşlərin dəstəyinə ümid edirəm, çünki bizi Azərbaycanda Dünya Seriyasının matçları da gözləyir".

Qeyd edək ki, Şanxayda qrup mərhələsində "Neftçi"nin rəqiblərindən biri Niderlandın "Amsterdam" klubu olacaq. Daha bir rəqib sonradan müəyyənləşəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:55

Fənərbağçanın U-19 komandası UEFA Gənclər Liqasında 6:0 məğlub oldu

Futbol
Bu gün, 22:52

Liverpul 16 yaşlı Senegal hücumçusunu transfer etməyə hazırdır

Futbol
Bu gün, 22:40

İngiltərə futbolçusunun Bakıdakı Çempионлар Liqası oyununda qolları 5-ə çatdı

Qarabağ FK
Bu gün, 22:40

Qarabağın çətin günlərdəki ən böyük dəstəyi – İmarət Tayfa kimdir?

Futbol
Bu gün, 22:37

Sançes, Mourinyonun Real Madridə qayıdışını dəstəkləyərək nüfuzunu gücləndirir

Futbol
Bu gün, 22:30

Ayın ən yaxşı futbolçusu kim olacaq?

Futbol
Bu gün, 22:22

Valensiya, Arsenal qapıçısı Kepa Arrizabalayı transfer üçün araşdırır

Futbol
Bu gün, 22:14

Aston Villa futbolçusu Alexandro Garnao heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi

Digər
Bu gün, 22:11

Şəkidə uşaqlar üçün idman və hüquq maarifləndirmə düşərgəsi keçirilib

Futbol
Bu gün, 22:07

Baena, Şampionlar Liqasında 17 oyunda qol vurmadı

Futbol
Bu gün, 22:00

Juventus Bruno Fernandesi azad agent olmasını gözləyir

Futbol
Bu gün, 21:52

Amorebietanın itirafı: Messinin üzünə butsamla dəymə, VAR olsa meydandan qovulardım

Futbol
Bu gün, 21:50

Latsionun yarımmüdafiəçisi Kennet Teylora "Nyukasl" və "Yuventus"un marağı təsdiqlənib;

Voleybol
Bu gün, 21:40

Skandiççi – Turan matçı CEV Çempionlar Liqası (voleybol) canlı yayım

Futbol
Bu gün, 21:37

Juventus Norveçli hücumçu Aleksander Sörlotun transferi üçün Madridə səfər etdi

Futbol
Bu gün, 21:22

Bruno Fernandeş Poçettinonun

Digər
Bu gün, 21:20

IIHF Rusiya yığmalarının beynəlxalq yarışlara buraxılması haqqında CAS qərarından İsveçrə Federal Məhkəməsinə şikayət edib

Qarabağ FK
Bu gün, 21:20

Şkribek: "O deyəcək 'Qarabağ', mən deyəcəm 'Neftçi'"

Futbol
Bu gün, 21:09

Bellinqem Qızıl Topun Jurnalistlər Üçün Olduğunu Bildirir

Futbol
Bu gün, 21:07

"Barselona"nın yarımmüdafiəçisi Qavi "Sabah"a qarşı Çempionlar Liqası matçında əsas heyətdə başlayacaq

Futbol
Bu gün, 21:00

Niyazi Osmanov: A millidə oynamaq və xaricdə çıxmaq ən böyük arzumdur

Futbol
Bu gün, 20:52

Yamal

Digər
Bu gün, 20:50

Fransesko Totti: Çoxları mənim hesabıma istifadə edirdi

Futbol
Bu gün, 20:40

Sabah vs Barselona start heyətləri açıqlanıb

Oxşar xəbərlər