Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer kimi təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Z.Gözəlbəyli qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin "Qalatasaray" və Portuqaliyanın "Portu" komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.
Dekabrın 3-də İstanbulda reallaşacaq qarşılaşmanın hakimləri italiyalı Mauro Karlo Qoitre və finlandiyalı Marko Oravaynen olacaq.