Azərbaycanı "Challenge Cup" yarışlarında təmsil edəcək "Xilasedici"nin potensial rəqibi müəyyənləşib.
"Report" xəbər verir ki, Lüksemburqda baş tutan püşkatma mərasimində təmsilçimizin Balkan kubokunun qalibi olacaq komanda ilə üz-üzə gələcəyi bəlli olub.
Avrokuboklarda debüt edəcək "Xilasedici" mübarizəyə 1/32 finaldan start verəcək. Komandaların birinci oyunu noyabrın 11-13-də, cavab matçı bir həftə sonraya təsadüf edəcək.