Bu gün kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan təmsilçisi Belçikada yerli "Lindemans AALST" kollektivinin qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə rəqib 3:0 hesablı qələbə qazanıb.