"Mançester Yunayted" kapitan Bruno Fernandeşin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Portuqaliya milli komandasının üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Mançester Yunayted" Bruno Fernandeşi 2020-ci ilin yanvarında "Sportinq"dən 65 milyon avroya transfer edib. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.