Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, kişi voleybolçuların yarışında səkkizinci turun iki görüşü baş tutacaq.
Saat 16:00-da "Neftçi" "Gənclər"lə, 18:00-da isə "Ordu" "Murov Az Terminal"la qarşılaşacaq.
Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
Qadınlar arasında isə altıncı turdan təxirə düşən "Murov Az Terminal" - "Abşeron" matçı gerçəkləşəcək. Görüş "Murov Az Terminal"ın idman zalında, saat 17:00-da başlayacaq.