top
Karlos Pereyra: Neftçinin layihəsi mənə çox iddialı göründü və tez bir zamanda onun bir hissəsi olmaq istədim Idman.biz
19 yanvar 2026, 14:16
- ↺ +

Karlos Pereyra: "Neftçi"nin layihəsi mənə çox iddialı göründü və tez bir zamanda onun bir hissəsi olmaq istədim

Kişilər arasında Azərbaycan voleybolu üzrə çempionatda lider olan "Neftçi" heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. Klub bu yaxınlarda kubalı voleybolçu Karlos Pereyra Larreni transfer edib.

Hücumçu İdman.Biz-ə müsahibəsində keçidi ilə bağlı ilk təəssüratlarını bölüşüb və təklifi cazibədar edən məqamlar barədə danışıb.

- Karyeranızda yeni mərhələyə Bakıda başlayırsınız. Bu dəyişikliklər sizi ruhlandırır?

- Şübhəsiz. Bu, mənim üçün çox vacib və həyəcanlı bir məqamdır. Azərbaycanda oynamaq yeni səviyyəyə yüksəlmək, daha rəqabətli liqada özümü sınamaq və dəyərli beynəlxalq təcrübə qazanmaq deməkdir. Komandaya faydalı ola biləcəyimi sübut etmək üçün güclü motivasiya hiss edirəm.

- Keçidiniz necə baş tutdu?

- Hər şey kifayət qədər sakit və peşəkar şəkildə baş verdi. Agentim "Neftçi"nin marağını mənə çatdırdı, daha sonra şərtləri, klubun məqsədlərini və komandadakı rolumu müzakirə etdik. Layihə mənə çox iddialı göründü və mən tez bir zamanda onun bir hissəsi olmaq istədiyimi anladım.

- Hazırda "Neftçi"də iki kubalı, iki braziliyalı və bir kolumbiyalı çıxış edir. Demək olar ki, komandanın açıq-aşkar latınamerikalı "aksenti" var?

- Bunu demək olar (gülümsəyir). Latınamerikalılar voleybola çoxlu emosiya, enerji və ehtiras gətirirlər. Düşünürəm ki, bu, bizim üstünlüyümüzə çevrilə bilər. Eyni zamanda komandada başqa oyunçular da var və biz vahid kollektiv yaratmağa çalışırıq. Burada milliyyətin əhəmiyyəti yoxdur — əsas olan nəticədir.

- Daha əvvəl vətəninizdə "Avispas de Santyaqo" klubunda çıxış etmisiniz. Bir vaxtlar əfsanəvi Uilfredo Leonun da oynadığı bu komandada yetişmisiniz. Hazırda Kuba voleybolunun səviyyəsini necə qiymətləndirirsiniz?

- Kuba voleybolu hələ də çox istedadlıdır. Bizdə gənc, fiziki cəhətdən güclü oyunçular və yaxşı məktəb var. Ola bilsin ki, infrastruktur və maliyyə imkanları bəzi Avropa ölkələrindən geri qalır, amma fərdi ustalıq səviyyəsinə görə Kuba həmişə rəqabətədavamlı olub və bu gün də belədir.

- Ötən mövsüm Kuba liqasında ən yaxşı hücumçu seçilmisiniz. Azərbaycanda da buna bənzər nailiyyət əldə etmək istərdinizmi?

- Əlbəttə, hər bir idmançı üçün fərdi mükafatlar xoşdur. Amma mənim üçün həmişə birinci yerdə komandanın uğuru dayanır. Əgər mənim yaxşı oyunum "Neftçi"nin qələbələrinə kömək edərsə, deməli, işimi düzgün görürəm. Şəxsi nailiyyətlər isə xoş bir bonus olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Oxşar xəbərlər