top
İrina Milanoviç: Azərreyldəki çempionluq mövsümünü heç vaxt unutmayacağam Idman.biz
21 iyul 2025, 14:00
- ↺ +

İrina Milanoviç: "Azərreyl"dəki çempionluq mövsümünü heç vaxt unutmayacağam

Son iki mövsümü Azərbaycanda keçirən serbiyalı voleybolçu İrina Milanoviçin İdman.biz-ə müsahibəsi

- Azərbaycanda iki inamlı mövsüm keçirdiniz. Həmin dövr haqda nə deyə bilərsiniz?

- Düzünü desəm, nə gözləyəcəyimi belə bilmirdim. Ölkə, insanlar və oradakı həyat haqqında heç nə bilmirdim. Sonda iki il Bakıda yaşadım və deyə bilərəm ki, çox xoşuma gəldi. İlk mövsümü "Murov"da keçirdim – üçüncü yeri tutduq. Azərbaycanda ikinci mövsümdə klubumu dəyişdim, çempion olan "Azərreyl"ə keçdim. Komandada çoxlu əcnəbi var idi, məşqçimiz də italiyalı idi. Bütün oyunlar Bakıda keçirilib. Səfər oyunları yox idi və bu, bizim üçün çox asan idi. Mövsümə pis başladıq. Lakin sonradan öz oyunumuzu tapdıq və çempion olduq. Keçən mövsümü heç vaxt unutmayacağıma əminəm!

- Azərbaycan Superliqasının final mərhələsinin ən yaxşı oyunçusu və bütün mövsümün ən yaxşı hücumçusu oldunuz. Bunu necə bacardınız?

- Voleybol komanda idmanıdır. Əminəm ki, bütün komandanın iştirakı olmasaydı, ən yaxşı hücumçu adını qazana bilməzdim. Mən gənc oyunçuyam. Mənə baxıb öyrənəcəyim yaxşı məşqçilər və oyunçular lazımdır. Oyunumu mümkün qədər yaxşılaşdırmaq üçün həmişə əlimdən gələni etməyə çalışıram. Təbii ki, bu, vaxt və çox iş tələb edir.

- Niyə "Leninqradka"nın təklifini qəbul etmək qərarına gəldiniz?

- "Leninqradka" mənim üçün irəliyə doğru böyük addımdır. Klub Rusiyanın ən yaxşılarından biridir. Komandada çoxlu yaxşı oyunçular var və düşünürəm ki, bura getməklə düzgün qərar vermişəm.

- Yaxşı dioqanal hücumçu hansı keyfiyyətlərə malik olmalıdır?

- Dioqanal hücumçu qüsursuz texnikaya və ardıcıllığa malik olmalıdır. Biz meydançada çox şey edirik, ona görə də məşqdə çox çalışmalı, hər gün bacarıqlarımızı artırmalıyıq.

- Ən yadda qalan matçınız hansı olub?

- Azərbaycanda keçirdiyim son final oyunu. Çempionluğu qazanacağımızı heç kim gözləmirdi, amma mövsümün ən yaxşı oyununu keçirdik və çempion olduq. O adrenalini hələ də xatırlayıram. Bizim üçün inanılmaz bir matç oldu!

Qeyd edək ki, Milanoviçin transferindən əvvəl Azərbaycan millisinin hücumçusu, əvvəllər Rumıniyanın "Alba" klubunda çıxış etmiş Yelizaveta Ruban da "Leninqradka"ya keçib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Bu gün, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Bu gün, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Bu gün, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Bu gün, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Bu gün, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Bu gün, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Bu gün, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Bu gün, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Bu gün, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Bu gün, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Bu gün, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Oxşar xəbərlər