Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında səkkizinci tur çərçivəsində təxirə salınmış qarşılaşma baş tutacaq.
İdman.Biz xəbər verir ki, "Gənclər" komandası "Abşeron"u qəbul edəcək.
Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək və matçın start fiti saat 17:00-da səslənəcək.