top
Fərid Cəlalov Gümüş Avropa Liqasında Azərbaycan millisinin çıxışını dəyərləndirib Report.az
23 iyun 2025, 17:40
- ↺ +

Fərid Cəlalov Gümüş Avropa Liqasında Azərbaycan millisinin çıxışını dəyərləndirib

Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin baş məşqçisi Fərid Cəlalov komandanın Gümüş Avropa Liqasındakı çıxışına münasibət bildirib.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, rəqib komandaların fiziki cəhətdən üstün olduğunu vurğulayıb:

"Son iki matçla bağlı onu deyə bilərəm ki, Farer adaları millisinin heyətində Danimarka və Avropanın bir neçə ölkəsində oynayan ucaboy voleybolçular var idi. Amma komandamız rəqibin öhdəsindən gələ bildi. İlk setdə toparlana bilməsək də, ikinci setdə rahat qələbə qazandıq. Amma 3 və 4-cü setlər həqiqətən gərgin mübarizə şəraitində keçdi. Buna baxmayaraq, qələbə qazandıq. Avstriya isə çox güclü komandadır. Ötən il onlara məğlub olmuşduq. Həm güc, həm də boy baxımından bizdən üstün idilər. Nəzərə alsaq ki, voleybol boyla bağlı oyundur, bu heç də asan deyil. Çatışmazlıqlara gəlincə, yenə də təcrübəsizliyi önə çəkmək istəyirəm. Məşq vaxtı etmədiyimiz səhvləri oyunda buraxdıq. Bu da oyun praktikasının azlığından irəli gəlir. Amma ümid edirəm ki, komandanı yaxşı səviyyəyə çıxaracağıq".

Baş məşqçi nəticəni qənaətbəxş hesab edib:

"Bir məşqçi olaraq iki qələbə məni qane etmir. Bir neçə il əvvəlki komanda olsaydı, düşünürəm ki, İsveçlə finalda oynayardıq. Yəni məğlub edə bilməyəcəyimiz komanda yox idi. Ancaq indiki durumu, heyətdəki yenilənmələri, gənc oyunçuları nəzərə alsaq, nəticəni müəyyən mənada qənaətbəxş hesab etmək olar".

O, planlar haqqında da danışıb:

"Komandaya bir neçə günlük istirahət vermişəm. Buna ehtiyac var, çünki son günlərdə uzun yollar qət etdik, ardıcıl oyunlar keçirdik. Bir neçə gündən sonra Avropa çempionatının seçmə mərhələsinin hazırlığına başlayacağıq. Belçika və Avstriya ilə oynayacağıq. İki səfər və bir ev oyunumuz var. Millinin heyətində hələ ki, dəyişiklik yoxdur. Amma müəyyən dəyişikliklər mümkündür. Bu barədə iclasdan sonra qərar verəcəyik".

F.Cəlalov yeni yaradılan və rəhbərlik etdiyi "DH Volley Baku" komandası ilə bağlı fikirlərini də bölüşüb:

"DH Volley Baku"nun transferləri ilə bağlı sosial şəbəkələrimizdə məlumatlar vermişik. Legioner oyunçularla müqavilələrimiz hazırdır. Yerli voleybolçular da cəlb etmişik. Komanda məşqləri Dərnəgüldəki bazada keçirəcək. Azərbaycan çempionatında hədəf çempionluqdur. Komanda, yeni yaranmasına baxmayaraq, iddialıdır. Hazırlaşmaq üçün zamanımız da var".

Qeyd edək ki, Gümüş Avropa Liqasının ilkin mərhələsində keçirdiyi altı oyundan ikisində qələbə qazanan Azərbaycan millisi turniri 6 xalla başa vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Oxşar xəbərlər