top
Faiq Orucov: Azərreyl şanslarını Bakıda itirdi Idman.biz
20 noyabr 2025, 11:34
- ↺ +

Faiq Orucov: "Azərreyl" şanslarını Bakıda itirdi

Ötən axşam "Azərreyl" voleybol klubu CEV Kubokunun (CEV Cup-Avropa Konfederasiyalar Kuboku) 1/32 final mərhələsinin cavab görüşündə Niderlandın "Orion Stars" klubuna 0:3 (14:25, 12:25, 19:25) hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Bakıda keçirilmiş ilk oyunda da komandamız 1:3 hesabı ilə məğlub olmuşdu.

İdman.Biz Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucovdan qarşılaşmanı şərh etməsini xahiş edib. O bildirib ki, həlledici məqam elə ilk görüşdə baş verib:

"Təəssüf ki, bizim uşaqlar şanslarını hələ Bakıda əldən verdilər. İlk seti qazansalar da, ikinci setdə beş xal fərqi ilə öndə olduqları halda gözlənilmədən niderlandlılara uduzdular. Düşünürəm ki, bu məğlubiyyət voleybolçularımızı psixoloji cəhətdən sındırdı və növbəti iki seti də uduzdular".

Faiq Orucov cavab matçı ilə bağlı da danışıb:

"Bu görüşdə həm rəqib ilk oyuna nisbətən daha yaxşı oynadı, həm də biz bəzi səbəblərə görə əsas heyətin bütün voleybolçularından istifadə edə bilmədik".

Baş katib Azərbaycana avrokuboklarda qalan son ümidin "Xilasədici" klubu olduğunu vurğulayıb:

"İndi avrokuboklarda son ümidimiz "Xilasədici" klubudur. Onlar bu gün "Çelenc Cup" da Rumıniyanın "Styaua" komandasına qarşı oynayacaqlar. Bəli, ilk oyunda 0:3 hesabı ilə uduzmuşduq, amma uşaqlar hər setdə sona qədər mübarizə apardılar. Üstəlik, deyildiyi kimi, ümid axırda ölür. Düşünürəm ki, voleybolçularımız maksimum güc sərf etsələr, rumın klubunu keçə bilərlər".

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Bu gün, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Bu gün, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Bu gün, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Bu gün, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Oxşar xəbərlər