top
Eldar Zülfüqarov: Voleybolda yetişdirilən hakimlərin 15-20 faizinin üzə çıxması böyük nailiyyətdir Idman.biz
05 yanvar 2026, 17:15
- ↺ +

Eldar Zülfüqarov: Voleybolda yetişdirilən hakimlərin 15-20 faizinin üzə çıxması böyük nailiyyətdir

"Azərbaycan voleybolunda yetişdirilən 50-60 hakimin 15-20 faizinin üzə çıxması böyük nailiyyətdir".

Bunu Azərbaycan Voleybol Federasiyasının Hakimlər Komitəsinin sədri Eldar Zülfüqarov deyib.

Mütəxəssis gənc hakimlər üçün təşkil olunan seminarlarda istedadlı hakimlərin iştirak etdiyini söyləyib.

"İstedadlı hakimlərimiz var. Amma indi bütün idman növlərində həm idmançı, həm də hakim yetişdirmək çətindir. Hər 50-60 nəfərin 15-20 faizi üzə çıxsa, böyük nailiyyət sayılır. Bir çoxları üçün voleybolda çalışmaq asan gəlir. Amma hakim işi həqiqətən ciddi və çətindir. Həmişə ədalətin tərəfində olmalısan. Kim bu yolu seçibsə, davam edəcək", - deyə o, "Report"a açıqlamasında bildirib.

Mütəxəssis seminarların nəticələri haqqında düşüncələrini bölüşüb:

"Seminar üç mərhələdən ibarətdir. İlk mərhələdən sonra gənc hakimlər uşaq liqalarında könüllü şəkildə fəaliyyət göstərirlər. Hakimlik elədir ki, sevgi olmalıdır. Maraq göstərənlər çoxdur. Seminara xeyli sayda hakim qatılmışdı. Onlardan 23-ü ikinci mərhələyə keçə bildi. İkinci mərhələni tamamlayan hakimlər də uşaq liqalarında fəaliyyətlərinə davam edəcəklər. Üçüncü mərhələdən sonra isə artıq seçimlər olacaq. Hansı hakimlərin Yüksək Liqada, hansıların isə uşaq liqalarında fəaliyyət göstərəcəyi müəyyənləşəcək".

O, qarşıdakı hədəflər və planlarla bağlı danışıb:

"Martda seminarın üçüncü mərhələsi bitəcək. Hansısa qaydalarla bağlı yeniliklər olsa, onları da çatdıracağıq. May-iyun aylarında həm kişi, həm də qadın voleybolçulardan ibarət yığmalar arasında Avroliqa oyunları var. Daha sonra Milli Gimnastika Arenasında təşkil olunacaq Avropa çempionatı gəlir. Seminarlar bitdikdən sonra bu yarışlara hazırlaşacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Oxşar xəbərlər