top
Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin İlk İclası Keçirilib Idman.biz
23 dekabr 2025, 12:31
- ↺ +

"Bakı–Xankəndi" Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin İlk İclası Keçirilib

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin ilk iclası keçirilib.

İdman.Biz xəbər verir ki, Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov Prezident İlham Əliyevin digər idman növləri ilə yanaşı, velosiped idmanının inkişafına da böyük diqqət və qayğı göstərdiyini bildirib. O qeyd edib ki, Bakı Veloparkının açılışı zamanı ölkə başçısının xüsusi olaraq vurğuladığı kimi, velosiped həm maraqlı və cəlbedici idman növüdür, həm də şose üzrə velosiped yarışları onların keçirildiyi yerlərin gözəlliklərinin geniş tamaşaçı kütləsinə çatdırılması üçün müstəsna imkanlara malikdir.

2013-2017-ci illərdə Azərbaycanda hər il Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şose üzrə beynəlxalq velosiped yarışlarının, 2018-ci ildə isə Bakıda velosipedin BMX növü üzrə dünya çempionatının böyük uğurla keçirildiyini xatırladan Sahib Ələkbərov 2015-ci ildə "Eurosport" kanalının hazırlayıb efirə verdiyi videoçarxı təqdim edib.

Sonra o, COVİD-19 pandemiyası və bəzi digər səbəblərdən son illər bu sahədə müəyyən boşluqlar yarandığını qeyd edərək, cari ilin may ayında Velosiped Federasiyasının yeni rəhbərliyi seçildikdən sonra ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq, velosiped idmanının əvvəlki səviyyəsinin bərpa olunması üçün görülmüş işlər barədə qısa məlumat verib. Vurğulanıb ki, velosiped idmanının maddi-texniki bazası gücləndirilib, 12 şəhər və rayondakı idman məktəblərinin bazasında velosiped bölmələri yaradılıb. Ulu Öndərin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped yarışının bərpa olunması ilə bağlı Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) müraciət edilib.

Bu ilin noyabr ayında yarış "Baku-Khankendi Azerbaijan Cycling Race" adı altında UCI-nın 2026-cı il üçün təqvim-planına daxil edildikdən sonra qısa müddət ərzində 18 ölkədən 21 komandanın iştirakı rəsmi şəkildə təsdiqlənib. İştirakçılar arasında 1 Dünya Turu komandası, 7 Pro-Tur komandası, 12 kontinental komanda və Azərbaycan yığma komandası yer alır. Bu komandaların siyahısı ilə tanışlıqdan sonra "Bakı-Xankəndi" velosiped yarışının loqosu təqdim edilib.

S. Ələkbərov bildirib ki, planetin ən nüfuzlu idman kanalı "Eurosport"la əldə olunmuş razılığa əsasən, 5 gün ərzində yarışın bütün mərhələləri gündüzlər canlı olaraq, hər mərhələdən sonrakı axşam isə ən baxımlı vaxtlarda icmal şəklində 1 saat ərzində bütün dünyaya yayımlanacaq.

Sonra yarışın mərhələlərinin marşrutları təqdim olunub:

10.05.2026

I mərhələ: "Sea Breeze"dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 km)

11.05.2026

II mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193,2 km)

12.05.2026

III mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163,3 km)

13.05.2026

IV mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,7 km)

14.05.2026

V mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,3 km)

İclasda yarışla bağlı təhlükəsizlik, yol infrastrukturunun hazırlığı, nəqliyyatın hərəkətinin tənzimlənməsi, tibbi təminat, media fəaliyyəti və iştirakçı komandaların logistika məsələləri ətraflı müzakirə olunub.

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ölkəmizin turizm və idman potensialını, beynəlxalq idman tədbirlərinin təşkili sahəsində əldə etdiyi təcrübəni, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərini dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyəti bir daha vurğulanıb və onun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün konkret tapşırıqlar verilib.

Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.

11:26

"Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının loqosunun təqdimatı olub.

İdman.Biz xəbər verir ki, loqo yarışın Təşkilat Komitəsinin iclasında nümayiş etdirilib.

Sonsuzluq işarəsi formasında olan loqo üç variantda təqdim olunub.

Qeyd edək ki, yarış 2026-cı il mayın 10-14-də keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Oxşar xəbərlər