top
Azərreylin baş məşqçisi Çempionlar Liqasının püşkatması haqqında danışdı Report.az
16 iyul 2025, 10:46
- ↺ +

"Azərreyl"in baş məşqçisi Çempionlar Liqasının püşkatması haqqında danışdı

Azərbaycanın kişi voleybolçularından ibarət "Azərreyl" klubu üçün Çempionlar Liqasının püşkatmasının nəticəsi uğurlu olub.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Boris Qrebennikov deyib.

Mütəxəssis I təsnifat mərhələsində qarşılaşacaqları Serbiya təmsilçisi "Radniçki"nin güclü rəqib olduğunu bildirib:

"Püşkdə bəxtimizə yaxşı, güclü rəqib düşdü. Uzun müddət sonra Serbiya çempionu olublar. Bu da komandanın gücündən və motivasiyasından xəbər verir. Bu ölkənin çempionatı ilə tanışam. Bilirəm ki, komandaların heyətində gənc və perspektivli voleybolçular çıxış edir. Bizdən tələb olunan meydançaya çıxıb sona qədər mübarizə aparmaqdır. Fikrimcə, bu rəqibi mübarizədən kənarlaşdırıb, növbəti mərhələyə adlamağa qadirik. Üstünlüyümüz ötən mövsümkü heyəti qoruyub saxlamağımızdır. Voleybolçularda uyğunlaşma ilə bağlı heç bir problem yoxdur. Üstəlik, heyətə yeni oyunqurucusu cəlb etmişik. Bildiyim qədər "Radniçki"nin də heyətində ciddi dəyişiklik baş verməyib. Cəmi iki yeni transfer həyata keçiriblər. Bu səbəbdən çox maraqlı duel olacaq. Təbii ki, rəqibin oyunlarını təhlil edirəm, güclü və zəif tərəflərini müəyyənləşdirməyə çalışıram".

B.Qrebennikov hazırlığa avqustda başlayacaqlarını vurğulayıb:

"Avqustun sonunda hazırlığa başlayacağıq. Hazırlıq üçün 2 ay vaxtımız olacaq. Fikrimcə, yaxşı hazırlaşmaq üçün yetərli müddətdir. Hesab edirəm ki, püşkatmanın nəticəsi kifayət qədər uğurludur".

Qeyd edək ki, Azərbaycan çempionu turnirin I təsnifat mərhələsində Serbiya təmsilçisi "Radniçki" ilə münasibətlərinə aydınlıq gətirəcək. Tərəflər arasında ilk qarşılaşma oktyabr 21-23-nə, cavab matçı isə bundan bir həftə sonraya təsadüf edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Bu gün, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Bu gün, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Bu gün, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Bu gün, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Bu gün, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Bu gün, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Bu gün, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Bu gün, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Bu gün, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Bu gün, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Bu gün, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Oxşar xəbərlər