Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, turun son qarşılaşması Tovuzda baş tutacaq.
"Turan" evdə "DH Volley" komandası ilə üz-üzə gələcək.
Görüş Tovuz Olimpiya Kompleksində saat 16:00-da start götürəcək.