top
Azərbaycan yığmasının baş məşqçisi: Ukraynaya qalib gələcəyimizi gözləmirdik Sportinfo.az
Bu gün, 04:00
- ↺ +

Azərbaycan yığmasının baş məşqçisi: "Ukraynaya qalib gələcəyimizi gözləmirdik"

Voleybol üzrə 16 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1-ci təsnifat mərhələsində Ukrayna yığmasına 3:0 hesabı ilə qalib gəlməsi gözlənilməz olub.

Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Cahangir Seyyed Abbasi Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis turnirdə keçirdikləri qarşılaşmaları dəyərləndirib:

"Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası - EEVZA) ilk oyunumuz ev sahibi Latviya millisinə qarşı oldu. Görüşə yaxşı başlamışdıq, amma birinci setin ortalarında əsas voleybolçularımızdan birinin zədələnməsi komandaya mənfi təsir göstərdi və müəyyən ruh düşkünlüyü yaratdı. Həm bu matçda, həm də növbəti oyunda məğlub olduq. Sonuncu qarşılaşmamızda isə Ukrayna seçməsi ilə üz-üzə gəldik. Bu görüşün bizim üçün nə qədər vacib olduğunu bütün komanda yaxşı anlayırdı. Sevindirici haldır ki, həmin matçda hər bir voleybolçumuz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Kollektivimiz baxımlı oyun nümayiş etdirdi, bütün tapşırıqları düzgün icra etdi. Açığı, 3:0 hesablı belə inamlı qələbə qazanacağımızı gözləmirdik. Bu qarşılaşma idmançılarımıza düzgün və intizamlı oyunun hansı nəticələr verə biləcəyini də göstərdi".

Baş məşqçi zədə amilinin nəticələrə təsirindən və gələcək hədəflərdən də danışıb:

"Düşünürəm ki, ilk matçda voleybolçumuz zədələnməsəydi, digər görüşlərdə də daha yaxşı nəticələr əldə edə bilərdik. Buna baxmayaraq, komandamızın çıxışından razı qaldım. Əlbəttə, istəyimiz bu yarışda bütün oyunlarda qalib gəlmək idi. Lakin burada mübarizə aparan kollektivlərin hər birinin uşaq voleybolunda böyük təcrübəyə malik olduğunu bilirdik. Bununla belə, biz də üzərimizdə işləməyə davam edəcəyik. İnanıram ki, qarşıdakı turnirlərdə bu təcrübədən düzgün dərs çıxararaq daha yaxşı çıxış edəcək və uğurlu nəticələr qazanacağıq. Mən hər zaman komandamıza dəstək olan və bizə inanan AVF rəhbərliyinə, məşqçi və həkim heyətinə, eləcə də azarkeşlərə təşəkkür edirəm".

Noyabrın 19-22-də Latviyanın paytaxtı Riqada keçirilən turnirin B qrupunda yer alan Azərbaycan seçməsi ev sahiblərinə 0:3, Finlandiyaya isə 1:3 hesabı ilə uduzub. Komanda 5-ci yer uğrunda görüşdə Ukraynanı 3:0 hesabı ilə məğlub edib.

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 10:54

Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib - VİDEO

Qarabağ FK
Bu gün, 10:47

“Ən sevindirici məqam ailələrin, xanımların, yaşlıların komandamıza dəstək olmasıdır”

Futbol
Bu gün, 10:45

Karlos Alos Ferrer: Sabahın qapıçısı Stas Pokatilov üçün Barselona qarşısında oyun çətin olacaq

Futbol
Bu gün, 10:44

“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili

Qarabağ FK
Bu gün, 10:40

Qəbələnin çətin vəziyyəti – bu da müvəqqəti

Futbol
Bu gün, 10:37

“Latsio” Qattuzonun işindən razıdır yeni müqavilə təklif etməyə hazırlaşır

Futbol
Bu gün, 10:35

UEFA İspaniya-İngiltərə matçında irqçi davranışa görə İngiltərə Futbol Assosiasiyasına 15 min avro cərimə verdi

Futbol
Bu gün, 10:30

“Bu, sprint deyil, marafondur”

Futbol
Bu gün, 10:25

Luis Enrike Dembelenin “Roma” ilə oyunda əsas heyətdə başlamasına qarşı çıxdı

Futbol
Bu gün, 10:25

“Mançester Yunayted” transfer büdcəsini azaltdı

Futbol
Bu gün, 10:22

Vaqif Sadıqov “Sabah” - “Barselona” oyunu ilə bağlı fikirlərini açıqladı

Basketbol
Bu gün, 10:21

Alperen Şengündən 20 xal, “Hyuston”dan qələbə – NBA-da günün nəticələri

Futbol
Bu gün, 10:20

“Qorxulu güc kimi görünmürlər - İndi ön plana başqaları çıxır”

Futbol
Bu gün, 10:20

Tottenham, 18 yaşlı istedadın müqavilə uzatmasına qərar verdi: Çelsi və Borussia məyus

Futbol
Bu gün, 10:10

2035-ci il dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Basketbol
Bu gün, 10:08

“Ordu” basketbol komandasının baş məşqçisi ilk dövrənin nəticəsindən narazıdır

Futbol
Bu gün, 10:00

“Barselona” Fermin Lopesin cəzasına etiraz edəcək

Olimpiada
Bu gün, 10:00

“7 yaşından yetişdirdiyim Süleymanı Olimpiadada görmək istəyirəm” – Fərid Ağakişiyevlə MÜSAHİBƏ

Qarabağ FK
Bu gün, 10:00

15 500 tamaşaçı, 15 464 yer: “Kəpəz” bu fərqi necə izah edəcək?

Futbol
Bu gün, 09:55

Emre Mor Azərbaycanda karyerasını davam etdirməyi düşünüyor

Voleybol
Bu gün, 09:53

Voleybol Super Liqası: Murov Az Terminal” “Ordu” ilə üz-üzə

Futbol
Bu gün, 09:52

“Mançester Yunayted”in transferlər üçün Poçettinoya verdiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 09:40

AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR

Futbol
Bu gün, 09:40

"Mançester Yunayted" qışda Ayvan Toununi “rənglərinə bağlamaq” istəyir

Oxşar xəbərlər