Fransalı tennisçi Artur Rinderkneş dopinq nəzarətindən keçməkdən imtina etdiyi üçün dörd il müddətinə diskvalifikasiya oluna bilər. Bu barədə "L"Equipe" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı tennisçi iyunun əvvəlində Bretan bölgəsində nümunə götürülməsi zamanı proseduru həyata keçirən əməkdaşla anlaşılmazlıq yaşadığı üçün dopinq testindən keçməkdən imtina edib. Hazırda Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) hadisə ilə bağlı araşdırma aparır. Rinderkneş ittihamlarla bağlı bildirişi sentyabrın ortalarında, Fransa millisinin heyətində Devis Kubokunda iştirak etmək üçün Kvebekdə olarkən alıb.
ATP reytinqində 57-ci pillədə qərarlaşan Rinderkneş sonuncu görüşündə Stokholm turnirində serbiyalı Miomir Ketsmanoviçə məğlub olub.