top
Vüqar Həşimov klubu Avropa Kubokunda medal qazanmaq üçün Novı Boru məğlub etməlidir Idman.biz
25 oktyabr 2025, 12:13
- ↺ +

"Vüqar Həşimov" klubu Avropa Kubokunda medal qazanmaq üçün "Novı Bor"u məğlub etməlidir

Azərbaycan şahmat klubu "Vüqar Həşimov" Avropa klublar kubokunun mükafatçısı ola bilər, lakin bunun üçün sensasion qələbə qazanmalıdır.

İdman.Biz xəbər verir ki, Almaniyanın şahmat üzrə "Verder" klubu üzərində 4,5:1,5 hesablı qələbədən sonra "Vüqar Həşimov" 10 xal toplayaraq altıncı pilləyə yüksəlib və əgər son – yeddinci turda qalib gəlsə, turnirin medalçısı sırasında ola bilər.

Lakin bunun üçün əsasən gənc azərbaycanlı şahmatçılardan ibarət komandamız yarışın favoritlərindən biri – dünyanın bir neçə aparıcı qrossmeysteri ilə gücləndirilmiş Çexiyanın "Novı Bor" klubunu məğlub etməlidir. Rəqibin heyətində dünyanın ilk onluğunda yer alan almaniyalı Vinsent Kaymer, hindistanlı şahmatçılar Santuş Vidit və Pentala Xarıkrişna, eləcə də təcrübəli çex David Navara kimi güclü oyunçular var.

Qeyd edək ki, "Vüqar Həşimov" klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Riad Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və qazaxıstanlı şahmatçı Noğirbək Qazıbek çıxış edir.

Turnir cədvəlinə 12 xalla Rumıniyanın "Superçess" və 11 xalla Şimali Makedoniyanın "Alkaloid" klubları başçılıq edirlər. Son turun oyunları oktyabrın 25-də, şənbə günü keçiriləcək.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:20

Okan Burukun etiraz etdiyi almaniyalı hakim Zibert yenidən Qalatasarayın oyununa təyin olunub

Futbol
Bu gün, 04:12

Liverpul

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Qarabağ FK
Bu gün, 01:10

Kəpəz – Qarabağ 0:0 nəticəylə qarşılaşdı

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Futbol
Bu gün, 00:50

“Neftçi”ni “taxt”a qaytaran 3 qolu görməyənlər üçün VİDEO

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

"Beşiktaş" Konya səfərində 4 qol vurdu - VİDEO

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:10

"Sabah"ın rəqibi evdə bu qolla qələbə qazandı - VİDEO

Oxşar xəbərlər