top
Ülviyyə Fətəliyeva: Gümüş medalın qızılın xəbərçisi olmasını istəyirik Sport24.az
27 noyabr 2025, 18:00
- +

Ülviyyə Fətəliyeva: Gümüş medalın qızılın xəbərçisi olmasını istəyirik

İspaniyada keçirilən komandalar arasında dünya çempionatında gümüş medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan komandasının üzvü Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir:

 

- Azərbaycan komandasının dünya çempionatında son anda iştirak edəcəyi barədə məlumat veriləndə münasibətiniz necə oldu?

- Öncədən komanda olaraq bu yarışda iştirakı çox arzulayırdıq. Son anda dünya çempionatında mübarizə aparacağımızla bağlı qərar veriləndə sevincimiz böyük idi.

 

- Yarışda reytinq üzrə 7-ci komanda olduğunuz halda əsas hədəf nə idi?

- Yarışdan əvvəl reytinq üzrə neçənci komanda olmağımızla maraqlanmadıq. Qısa müddət qaldığı üçün ən çox rəqiblər barədə məlumat aldıq. Səmimi danışsaq, fərq etmirdi neçənci komandayıq. Əsas hədəf layiqli şahmat oynamaqla mümkün qədər yaxşı nəticə göstərmək idi. İlk məqsəd qrupdan çıxacaq komandalar sırasında yer almaq oldu.

 

- Qrupda 4-cü yeri tutandan sonra pley-offda fərqli və əzmkar çıxışın sirri nədir?

- Pley-offda əzmkarlıq daha da yüksəldi. Komanda olaraq sona qədər mübarizə apararaq irəliləməyə çalışdıq. Linaresdə göstərdiyimiz oyuna görə bütün komanda yoldaşlarıma, kapitanımıza, məşqçilərə minnətdarıq.

 

- Geriyə baxanda çempionatda ən çətin oyun hansı oldu?

- Ən çətin oyun FİDE komandasına qarşı oldu. Həm final idi, həm də son oyun olmaqla bərabər rəqibin ən yaxşı heyətə malik olmasını qeyd etməliyəm. FIDE komandasında demək olar super ulduz şahmatçılar mübarizə apardı. Reytinqdə ilk onluqda olan və iyirmilikdə olan şahmatçılar güclü heyət formalaşdırıb. Düzünü desəm FIDE komandasına qarşı mübarizə aparmaq bir az ağır idi. Bununla yanaşı Qazaxıstan komandasıyla oyunu da çətin mübarizə hesab edirəm. 8 oyunda bərabərlik qeydə alındı. Blitsdə udmağımız çətin olmaqla yanaşı həm də komanda ruhunu artırdı.

 

- Hansı qələbədən sonra finala vəsiqə qazanacağınıza inandınız?

- İspaniya komandası üzərində qələbədən sonra sona qədər irəliləyəcəyimizə inam yarandı. Bunun üçün bütün gücümüzü nümayiş etdirməyə hazır idik.

 

- Finalda yorğunluq, bəxtsizlik yoxsa rəqibin təcrübəsi. Hansı məqam komandamıza çətinlik yaratdı?

- Finalda yorğunluq var idi. Gün ərzində 10-12 saat şahmata baxırdıq. Təsəvvür edin, bu rejimdə gündə 2 oyun oynamaq necə çətinlik yaradır. İlk günlərdə bu çətinliyi hiss etmədik, amma sonradan Gürcüstan, Qazaxıstan, FIDE komandalarıyla matçlarda yorğunluq özünü göstərirdi.

 

- Dünya çempionatında gümüş medal böyük uğurdur. Bu nəticəni Ülviyyənin karyerasında ən böyük nəticə adlandırmaq olar?

- Gümüş medalın qızılın xəbərçisi olmasını istəyirik. Ümid edirik ki, Azərbaycan komandasının yüksəlişi və ən böyük uğurları irəlidədir.- 1992-ci ildə futbol üzrə Danimarka millisi son anda Avropa çempionatına qatıldı və çempion oldu. Azərbaycan millisi də son anda dünya çempionatına qoşuldu və ikinci yeri tutdu. 33 il əvvəl Danimarka millisinin böyük uğurundan xəbəriniz var?- Son anda yarışda iştirakımız təsdiqlənəndə Azərbaycan Şahmat Federasiyasınım prezidenti Mahir müəllim 1992-ci ildəki Avropa çempionatında Danimarka yığmasının keçdiyi yolu danışdı və bizə nümunə göstərdi. Həqiqətən idmanın hər sahəsi belədir. Son anda turnirdə iştirakın məlum olanda həm fərdi, həm komanda yarışlarında yaxşı nəticə göstərmək olur. Qızlarla bir-birimizə danışanda bu ənənəni davam etdirməyi düşünürdük. Çox sevinirik ki, dünya çempionatı kimi yarışda ikinci yeri tutduq.

 

- Sonda şahmat həvəskarlarına, sizi dəstəkləyənlərə nə demək istərdiniz?

- Bizə dəstək olan bütün insanlara təşəkkür edirik. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov, Qədir Hüseynov, federasiya prezidenti Mahir Məmmədova, ailəmizə, dostlara minnətdarıq. Ümid edirəm ki, gümüş medalımız gənclərə, uşaqlara böyük motivasiya olar. Bizim nəticəmiz onların ürəyində işıq yandırar və böyük nəticələr qazanarlar.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:01

Ceydon Sanço “Borussiya Dortmund”a yenidən qayıda bilər

Futbol
Bu gün, 20:57

Arsenal Kristos Tzolisi transfer etmək istəyir

Futbol
Bu gün, 20:46

Rəşad Sadıqov UEFA Konfrans Liqasından əvvəl etiraf etdi

Futbol
Bu gün, 20:30

Almaniya Futbol Birliyi İnfantinonun yenidən FIFA prezidenti seçilməsini dəstəkləməyib

Gimnastika
Bu gün, 20:27

Azərbaycan atleti Ramil İsmayılov U-18 Avropa çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:15

Maykl Olise “Real Madrid”ə keçmək istəyini bildirib

Futbol
Bu gün, 19:59

Harri Keyn Argentina ilə oyun ərəfəsində motivasiyaedici paylaşım edib

Digər
Bu gün, 19:58

Gəncədə beynəlxalq karate turniri keçiriləcək

Futbol
Bu gün, 19:28

FİFA Dünya Çempionatının finalında fasilə uzada bilər

Güləş
Bu gün, 19:12

Yeniyetmə güləşçilər U17 dünya çempionatına hazırlaşır

Futbol
Bu gün, 18:59

Dünya çempionatından sonra Kristian Romero klubunu dəyişəcək

Futbol
Bu gün, 18:57

Laport dünya çempionatının yarımfinalında doğma ölkəsini məğlub edən ilk futbolçu olub

Futbol
Bu gün, 18:41

Kərim Adeyemi Barselonaya transferi başa çatdırmaq üçün şəhərə gəlib

Futbol
Bu gün, 18:29

Alan Şirer İngiltərənin finala çıxacağına əmin oldu

Futbol
Bu gün, 18:26

Fransa Milli Komandasının Məğlubiyyəti ilə Əlaqədar Parisdə 98 Nəfər Həbs Edilib

Digər
Bu gün, 18:10

Azərbaycan atletləri üçün antidopinq seminarı keçirilib

Voleybol
Bu gün, 17:55

Azərbaycan voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub

Güləş
Bu gün, 17:36

Azərbaycan cüdoçuları ilin ilk yarısında 109 medal qazandı

Minifutbol
Bu gün, 17:33

Ehtiram Şahverdiyev „Səbail“ə keçib

Futbol
Bu gün, 17:20

Fənərbağça Olle Vatkinsi transfer edə bilər

Gimnastika
Bu gün, 16:53

Atletika üzrə Avropa çempionatında Azərbaycanı Ramil İsmayılov təmsil edəcək

Futbol
Bu gün, 16:39

"Səbail" Ehtiram Şahverdiyevi transfer edib

Futbol
Bu gün, 16:20

Lamin Yamalın start heyətdə olduğu oyunlarda İspaniya millisinin məğlub olması mümkün deyil

Boks
Bu gün, 16:13

Azərbaycan milli boks komandası Avropa çempionatına hazırlaşır

Oxşar xəbərlər