top
Ülviyyə Fətəliyeva: Azərbaycan komandasının yüksəlişi və uğurları irəlidədir Idman.biz
27 noyabr 2025, 15:15
- ↺ +

Ülviyyə Fətəliyeva: Azərbaycan komandasının yüksəlişi və uğurları irəlidədir

"Yarışdan əvvəl reytinq üzrə neçənci komanda olmağımızla maraqlanmadıq. Qısa müddət qaldığı üçün ən çox rəqiblər barədə məlumat aldıq".

İdman.Biz-in məlumatına görə İspaniyada keçirilən komandalar arasında dünya çempionatında gümüş medal qazanmış qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvü Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan komandasının dünya çempionatında son anda iştirak edəcəyi barədə məlumat veriləndə münasibətiniz necə oldu?

- Öncədən komanda olaraq bu yarışda iştirakı çox arzulayırdıq. Son anda dünya çempionatında mübarizə aparacağımızla bağlı qərar veriləndə sevincimiz böyük idi.

- Yarışda reytinq üzrə 7-ci komanda olduğunuz halda əsas hədəf nə idi?

- Yarışdan əvvəl reytinq üzrə neçənci komanda olmağımızla maraqlanmadıq. Qısa müddət qaldığı üçün ən çox rəqiblər barədə məlumat aldıq. Səmimi danışsaq, fərq etmirdi neçənci komandayıq. Əsas hədəf layiqli şahmat oynamaqla mümkün qədər yaxşı nəticə göstərmək idi. İlk məqsəd qrupdan çıxacaq komandalar sırasında yer almaq oldu.

- Qrupda 4-cü yeri tutandan sonra pley-offda fərqli və əzmkar çıxışın sirri nədir?

- Pley-offda əzmkarlıq daha da yüksəldi. Komanda olaraq sona qədər mübarizə apararaq irəliləməyə çalışdıq. Linaresdə göstərdiyimiz oyuna görə bütün komanda yoldaşlarıma, kapitanımıza, məşqçilərə minnətdarıq.

- Geriyə baxanda çempionatda ən çətin oyun hansı oldu?

- Ən çətin oyun FIDE komandasına qarşı oldu. Həm final idi, həm də son oyun olmaqla bərabər rəqibin ən yaxşı heyətə malik olmasını qeyd etməliyəm. FIDE komandasında demək olar superulduz şahmatçılar mübarizə apardı. Reytinqdə ilk onluqda olan və iyirmilikdə olan şahmatçılar güclü heyət formalaşdırıb. Düzünü desəm FIDE komandasına qarşı mübarizə aparmaq bir az ağır idi. Bununla yanaşı, Qazaxıstan komandasıyla oyunu da çətin mübarizə hesab edirəm. 8 oyunda bərabərlik qeydə alındı. Blitsdə udmağımız çətin olmaqla yanaşı həm də komanda ruhunu artırdı.

- Hansı qələbədən sonra finala vəsiqə qazanacağınıza inandınız?

- İspaniya komandası üzərində qələbədən sonra sona qədər irəliləyəcəyimizə inam yarandı. Bunun üçün bütün gücümüzü nümayiş etdirməyə hazır idik.

- Finalda yorğunluq, bəxtsizlik yoxsa rəqibin təcrübəsi. Hansı məqam komandamıza çətinlik yaratdı?

- Finalda yorğunluq var idi. Gün ərzində 10-12 saat şahmata baxırdıq. Təsəvvür edin, bu rejimdə gündə 2 oyun oynamaq necə çətinlik yaradır. İlk günlərdə bu çətinliyi hiss etmədik, amma sonradan Gürcüstan, Qazaxıstan, FIDE komandalarıyla matçlarda yorğunluq özünü göstərirdi.

- Dünya çempionatında gümüş medal böyük uğurdu. Bu nəticəni Ülviyyənin karyerasında ən böyük nəticə adlandırmaq olar?

- Gümüş medalın qızılın xəbərçisi olmasını istəyirik. Ümid edirik ki, Azərbaycan komandasının yüksəlişi və ən böyük uğurları irəlidədir.

- 1992-ci ildə futbol üzrə Danimarka millisi son anda Avropa çempionatına qatıldı və çempion oldu. Azərbaycan millisi də son anda dünya çempionatına qoşuldu və ikinci yeri tutdu. 33 il əvvəl Danimarka millisinin böyük uğurundan xəbəriniz var?

- Son anda yarışda iştirakımız təsdiqlənəndə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir müəllim 1992-ci ildəki Avropa çempionatında Danimarka yığmasının keçdiyi yolu danışdı və bizə nümunə göstərdi. Həqiqətən idmanın hər sahəsi belədir. Son anda turnirdə iştirakın məlum olanda həm fərdi, həm komanda yarışlarında yaxşı nəticə göstərmək olur. Qızlarla bir-birimizə danışanda bu ənənəni davam etdirməyi düşünürdük. Çox sevinirik ki, dünya çempionatı kimi yarışda ikinci yeri tutduq.

- Sonda şahmat həvəskarlarına, sizi dəstəkləyənlərə nə demək istərdiniz?

- Bizə dəstək olan bütün insanlara təşəkkür edirik. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov, Qədir Hüseynov, federasiya prezidenti Mahir Məmmədova, ailəmizə, dostlara minnətdarıq. Ümid edirəm ki, gümüş medalımız gənclərə, uşaqlara böyük motivasiya olar. Bizim nəticəmiz onların ürəyində işıq yandırar və böyük nəticələr qazanarlar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Oxşar xəbərlər