top
Türkan Məmmədyarovanın qələbəsi övladlarına müsbət təsir edir Sport24.az
09 dekabr 2025, 16:40
- ↺ +

Türkan Məmmədyarovanın qələbəsi övladlarına müsbət təsir edir

Türkan Məmmədyarovanın şahmatın rapid və blits növü üzrə təşkil edilən Azərbaycan çempionatının qalibi olması övladlarına çox yaxşı təsir edir. Bunu 36 yaşlı qrossmeyster özü deyib.

 

O, iki turnirin yekununa əsasən 13 xalla birinci yeri tutduğu yarışla bağlı fikirlərini bölüşüb.

 

"Təəssüratlarım çox yaxşıdır. Daha əvvəl də Azərbaycan çempionu olmuşam. Klassik şahmatda, blitsdə və müxtəlif yaş qruplarında da bu sevinci yaşamışam. Amma uşaqlarıma vaxt ayırdığım üçün son illərdə belə uğur qazanmırdım", - deyə o, "Report"a açıqlamasında deyib.

 

T.Məmmədyarova budəfəki qələbəsinin ona əlavə sevinc bəxş etdiyini vurğulayıb:

 

"Mənim yaxşı oynamağım, çempion olmağım, belə nailiyyət qazanmağım övladlarıma çox gözəl təsir edir. Anaları ilə şahmatçı olaraq fəxr edirlər, sevinirlər. Amma bu idmandan uzaq qalmıram. Oğlum da şahmatçıdır. Tez-tez birlikdə oynayırıq. Amma üç uşaq anası olaraq, işlərlə əlaqədar şahmata o qədər də zaman ayıra bilmirəm. Buna baxmayaraq, şahmatdan uzaqda da deyiləm".

 

Təcrübəli qrossmeyster klassik şahmat üzrə də Azərbaycan çempionatının keçiriləcəyini xatırladıb:

 

"Orada da yaxşı nəticə qazanmağa çalışacağam. Əvvəlki yarışda da pis oynamamışdım. Birinci mərhələni keçmişdim. Sonra Gövhər Beydullayevaya məğlub olmuşdum. Bu dəfə də yüksək nəticə üçün çıxış edəcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər