top
Teymur Rəcəbov: Karpov mənim qiyabi müəllimim olub Idman.biz
12 may 2026, 10:10
- ↺ +

Teymur Rəcəbov: "Karpov mənim qiyabi müəllimim olub"

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Anatoli Karpovun yubileyinə həsr olunmuş turnirdə iştirak edəcək. Yarış mayın 21-23-də Moskvada keçiriləcək və səkkiz qrossmeysterin mübarizəsinə səhnə olacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan şahmatçısı ilə yanaşı, turnirdə özbəkistanlı Nodirbek Yakubboev, rusiyalılar Yan Nepomnyaşi, Daniil Dubov, Andrey Esipenko, Vladislav Artemyev, Aleksandr Qrişuk və Ernesto İnarkiyev də çıxış edəcəklər.

A.Karpovun 75 illik yubileyi ərəfəsində qrossmeysterlər dünya çempionunun oyun üslubunun onların formalaşmasına necə təsir etdiyindən danışıblar. Xatirələrini bölüşənlər arasında T.Rəcəbov da olub.

"Anatoli Yevgenyeviçlə çoxlu partiyalarım olub. Onunla ilk ciddi qrossmeyster turnirimi Buenos-Ayresdə keçirdiyimi yaxşı xatırlayıram. O vaxt heyət çox güclü idi: Karpov, Korçnoy, Şort, Polqar. Həmin dövrdə hamısı dünya şahmatının zirvəsində idi. Karpov Bakıya qonaq gələndə onunla mini-matç da oynamışdım. Sürətli şahmat üzrə keçirilən həmin görüşdə qalib gəlməyi bacarmışdım. Şübhəsiz ki, o, görkəmli şahmatçıdır və onun şərəfinə təşkil olunan turnirdə iştirak etmək mənim üçün böyük şərəfdir", - deyə T.Rəcəbovun sözlərini turnirin Təşkilat Komitəsi sitat gətirib.

O, həmçinin məşhur şahmat ustası ilə ən qeyri-adi görüşünü də xatırlayıb:

"Böyük ehtimal ki, bu, 2002-ci ildə keçirilən Rusiya – Dünya yığması matçında baş verib. Mən o zaman hələ çox gənc şahmatçı idim və belə möhtəşəm tədbirdə iştirak etmək, Karpovla oynamaq fürsəti əldə etmişdim. Rapid və blitsdə çoxlu partiyalar keçirmişik, dünya çempionatlarında da qarşılaşmışıq. Klassik şahmatda isə Veyk-an-Zeedəki partiyanı xüsusilə xatırlayıram. Çox uzun çəkən oyun idi. Həmin vaxt lövhədə mürəkkəb vəziyyət yaranmışdı: top və fil topa qarşı. Oyunun yeddinci saatında Anatoli Yevgenyeviç mənə zarafatla "Belə bir mövqeni oynamağa utanmırsınız?" kimi bir söz dedi. Mən isə maksimum nəticə əldə etməyə çalışırdım, çünki yüksək səviyyədə belə mövqelər çox vaxt qələbəyədək oynanılır. Sonralar həmin hadisəni xatırlayanda birlikdə gülürdük. Ümumiyyətlə, münasibətimiz həmişə yaxşı və səmimi olub", - deyə Teymur bildirib.

Rəcəbov dünya çempionundan aldığı məsləhətlər barədə də danışıb: "Anatoli Yevgenyeviçlə çox ünsiyyət qurmaq imkanım olub. Ən vacib şahmat mövqeləri və strukturları barədə onun şərhlərini eşitmək oyunumu inkişaf etdirmək üçün böyük dəstək idi. Eyni zamanda anlayırdım ki, bu ünsiyyəti qorumaq üçün daim ən yüksək səviyyəli turnirlərdə iştirak etmək lazımdır, çünki belə ustaları başqa harada görə bilərsən?

Qeyd etməliyəm ki, Karpov həmişə çox korrekt və açıq insan olub. O, şahmat biliklərini bölüşməyə həmişə hazır idi. Heç vaxt nəyisə gizlətdiyini görməmişəm. Əksinə, daim dialoqa açıq idi.

Düzünü desəm, onun partiyalarına baxmaqla çox şey öyrənmişəm. Dəqiq strateji qərarlar, gedişlər, xətlərin ələ keçirilməsi, fiqurlar arasındakı koordinasiya, yeddinci və ikinci üfüqlər... O, parlaq şahmatçı idi. Bizim nəsil onun partiyaları ilə böyüyüb. Mənim üçün Karpov tarixdə ən böyük üç şahmatçıdan biridir. Onun kitabları bizim üçün dərslik olub. Demək olar ki, Karpov bütün həyatım boyu partiyalarını analiz etdiyim və sayəsində gücləndiyim qiyabi müəllimim olub", - deyə T.Rəcəbov fikrini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:26

Çempionlar Liqasında "Sabah"ın rəqibi olan "Vikinq"in iki bərabərhüquqlu baş məşqçisi diqqət çəkir

Futbol
Bu gün, 12:18

Şamaxı və Turan Tovuz meydanaya kənar şəxslərin daxil olması səbəbindən cərimələndi;

Qarabağ FK
Bu gün, 12:17

"Qarabağ" klubu 3000 manat pirotehnika, 1500 manat ad yazımı üçün cərimələnib

Qarabağ FK
Bu gün, 12:17

«Qarabağ»ın sabiq qapıçısı Koxalski Polşa Ekstraklasasının 13-cü turunun rəmzi heyətində

Futbol
Bu gün, 12:01

Arif Əsədov "Sabah"ın Viking üzərində səfərdə xal qazanacaacağını əminliklə bildirir

Digər
Bu gün, 12:00

Liverpul

Futbol
Bu gün, 12:00

Kəpəz futbolçuları Şəfa üzərində qələbəyə görə 1300 manat mükafat alıb

Futbol
Bu gün, 11:50

Azərbaycan Premyer Liqasında "Neftçi" – "Kəpəz" matçının biletləri 2 manatdan satışa çıxarıldı

Basketbol
Bu gün, 11:50

Dreymond Qrin NBA matcında rəqiblərlə münaqişəyə girərək meydandan qovuldu

Futbol
Bu gün, 11:42

Mbappe, TCuameninin azarkeşin başına çarpan sövqünü təsdiqlədirdi: 'O, səhv atır!'

Futbol
Bu gün, 11:41

Onana Türkiyə Super Liqasında ən yaxşı qapıçıdır

Futbol
Bu gün, 11:40

Mançester Yunayted azarkeşi olan model Maykl Kerrikin uğursuzluğuna qarşı sosial mediada növbəti aksiyaya başlayıb

Futbol
Bu gün, 11:38

Mahir Əmreli "Rakuvin" məhsuldar ötürməsi ilə qələbasına töhfə verdi

Futbol
Bu gün, 11:34

Patrik Dorq "Mançester Yunayted"də ümumi qrupda məşqləri bərpa etdi, "Roma"ya qarşı matça çıxmayacaq

Futbol
Bu gün, 11:21

Norveçin keçmiş qapıçısı Erik Torsvett: “Sabah” izləməkdən zövq alıram

Futbol
Bu gün, 11:14

Liverpulun hücumçusu Uqo Ekitike 750 min avro dəyərində unikal Lamborghini Revuelto sənədxən

Digər
Bu gün, 11:12

Snuker üzrə Azərbaycan çempionatını Qubatov qazandı;

Voleybol
Bu gün, 11:03

Cəlil Cəlilov: UEFA Çempionlar Liqasında “Sportinq”ə qarşı yaxşı nəticə gözləyirik

Qarabağ FK
Bu gün, 11:00

“Sabah”ın ilk məğlubiyyəti Tovuzda, “Neftçi” zirvəyə çıxdı, “Qarabağ” Qəbələdə xal itirdi

Digər
Bu gün, 10:48

Orxan Qubatov birinci, Rzayev ikinci: Azərbaycan snuker çempionatının qalibləri açıqlanıb

Futbol
Bu gün, 10:41

Araz-Naxçıvan 40 nöqtə ilə heç-heçə etmədən çempionatda birinci oldu;

Formula 1
Bu gün, 10:38

Şarl Lekler, Mexico Grand Prix-də Lewis Hamiltonla mübahisəli insidentə açıqlama verib

Qarabağ FK
Bu gün, 10:30

Qarabağ 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç‑heçə etdi

Futbol
Bu gün, 10:25

İkinci Liqa 9-cu turda bugün üç oyun baş tutacaq

Oxşar xəbərlər