top
Şəhriyar Məmmədyarov Avropa Çempionatında Qələbələri Sayəsində Reytinqdə İrəlilədi Idman.biz
07 oktyabr 2025, 12:00
- ↺ +

Şəhriyar Məmmədyarov Avropa Çempionatında Qələbələri Sayəsində Reytinqdə İrəlilədi

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının startında komanda yarışlarında qazandığı iki qələbə sayəsində dünya reytinqində mövqeyini yaxşılaşdırıb.

İdman.biz xəbər verir ki, qitə birinciliyinin ilk iki turunda kişi yığmamız Slovakiyanı 3:1 hesabı ilə məğlub edib, Çexiya ilə isə 2:2 hesablı heç-heçə oynayıb.

Birinci lövhədə çıxış edən Məmmədyarov hər iki görüşdə qələbə qazanıb - slovakiyalı Yarqus Peçak və çexiyalı Tay Nquyen üzərində inamlı oyun nümayiş etdirib. Bu nəticələr ona 6,3 xal qazandırıb və ümumi göstəricisini 2748,3-ə çatdıraraq 14-cü pillədən 13-cü yerə yüksəlib.

Hazırda 12-ci pillədə qərarlaşan çinli Vey İ ilə onu cəmi 0,5 xal ayırır. Hindistanlı dünya çempionu Domacu Qukeşin tutduğu 10-cu pilləyə isə 3,7 xal çatmır. Əgər Şəhriyar Məmmədyarov Avropa çempionatında qələbə seriyasını davam etdirsə, yarışın sonunda yenidən dünyanın "top-10"luğuna qayıda bilər.

Turnirin üçüncü turunda Azərbaycan millisi Polşa yığması ilə qarşılaşacaq. Çexiyaya qarşı görüşdə uduzan Rauf Məmmədov bu dəfə heyətdə yer almayacaq.

Qadınlardan ibarət yığmamız isə əvvəlki turda güclü Macarıstan komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb. Uğura Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva imza atıb, yeganə məğlubiyyəti Xanım Balacayeva alıb.

Dörd mümkün xaldan dördünü toplayan xanım şahmatçılarımız liderlər qrupunda yer alır. Üçüncü turda komanda Fransa ilə qarşılaşacaq. Bu dəfə heyətə Gülnar Məmmədova qayıdıb, Gövhər Beydullayeva isə dincələcək.

Teymur Tuşiyev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:20

Okan Burukun etiraz etdiyi almaniyalı hakim Zibert yenidən Qalatasarayın oyununa təyin olunub

Futbol
Bu gün, 04:12

Liverpul

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Qarabağ FK
Bu gün, 01:10

Kəpəz – Qarabağ 0:0 nəticəylə qarşılaşdı

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Futbol
Bu gün, 00:50

“Neftçi”ni “taxt”a qaytaran 3 qolu görməyənlər üçün VİDEO

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

"Beşiktaş" Konya səfərində 4 qol vurdu - VİDEO

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:10

"Sabah"ın rəqibi evdə bu qolla qələbə qazandı - VİDEO

Oxşar xəbərlər