top
Şahmat üzrə Azərbaycan çempionatının rapid və blits növləri üzrə qalibləri müəyyənləşib Sport24.az
08 dekabr 2025, 15:20
- ↺ +

Şahmat üzrə Azərbaycan çempionatının rapid və blits növləri üzrə qalibləri müəyyənləşib

Kişi və qadınlar arasında şahmatın rapid və blits növü üzrə təşkil edilən Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil edilən yarış 4 gün davam edib.

 

Qadınların mübarizəsində iki turnirin yekununa əsasən 13 xal toplayan Türkan Məmmədyarova 1-ci yeri tutub. Eyni xala malik Mələk İsmayıl əlavə göstəricilərə əsasən ikinci yerlə kifayətlənib. Üçüncü yerdə 12 xal toplayan Ləman Hacıyeva qərarlaşıb. Hərəyə 11.5 xal toplayan Nərmin Abdinova və Ayan Allahverdiyeva 4-5-ci yerləri bölüşüblər.

 

Kişilərin yarışında isə qalib adını yığmanın liderlərindən biri olan Rauf Məmmədov qazanıb. Cari ildə klassik şahmatda da Azərbaycan çempionu olan R.Məmmədov 14 xalla bütün rəqiblərini geridə qoyub. Çempiondan 1 xal az toplayan Murad İbrahimli ikinci yerdə qərarlaşıb. Hərəyə 12.5 xal toplayan Read Səmədovla Aydın Süleymanlı yarışı müvafiq olaraq 3-4-cü yerdə başa vurublar. İlk "beşliy"i 11.5 xalla Məhəmməd Muradlı tamamlayıb.

 

Azərbaycan çempionatının bağlanış mərasimində medal və diplomları yarışın baş hakimi Lütfiyar Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi Raul Quliyev və Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov təqdim ediblər.

 

Qeyd edək ki, çempionatda 32 kişi və 20 qadın şahmatçı mübarizə aparıb. Qalib rapid və blits nəticələrin cəminə əsasən müəyyənləşib. Kişi və qadınlar arasında ölkə çempionatının mükafat fondu 10 min manat təşkil edib. Həm kişilərin, həm də qadınların turnirində ilk üç yeri tutan şahmatçılar dünya çempionatına ezam olunacaqlar.

 

Dünya çempionatı dekabrın 25-31-i aralığında Qətərin paytaxtı Dohada keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Futbol
Bu gün, 00:50

“Neftçi”ni “taxt”a qaytaran 3 qolu görməyənlər üçün VİDEO

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

"Beşiktaş" Konya səfərində 4 qol vurdu - VİDEO

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:10

"Sabah"ın rəqibi evdə bu qolla qələbə qazandı - VİDEO

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Oxşar xəbərlər