top
Şahmat üzrə Avropa çempionatı: Gümüş uğur, yoxsa əldən çıxan qızıl? Idman.biz
15 oktyabr 2025, 12:03
- ↺ +

Şahmat üzrə Avropa çempionatı: "Gümüş" uğur, yoxsa əldən çıxan "qızıl"?

Gürcüstanın Batumi şəhərində milli komandalar arasında şahmat üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan millisi "qızıl"ın bir addımlığında dayanmalı olub.

İdman.biz-in məlumatına görə, Azərbaycan şahmatçıları səkkizinci turda turnirin o vaxtkı lideri Ukrayna üzərində (2,5:1,5) vacib qələbə qazandıqdan sonra, sonuncu - doqquzuncu turda Serbiyaya 1:3 hesabı ilə məğlub olaraq "gümüş"lə kifayətləniblər.

Qadınlardan ibarət şahmat millimiz də uzun müddət liderlər sırasında yer alsa da, yekunda turniri ilk onluğu tamamlayıb.

Şübhəsiz, kişi yığmasının əldən verdiyi çempionluq müəyyən mənada təəssüf doğurur. Bununla belə, qeyd etmək lazımdır ki, bu, Azərbaycanın kişi şahmatçılarının son səkkiz ildə Avropa çempionatında qazandığı ilk medaldır.

Xatırladaq ki, 2017-ci ildə şahmatçılarımız Avropa "qızılı"nı üçüncü dəfə əldə etmişdilər. Həmçinin, bu medal Teymur Rəcəbov üçün komandanın kapitanı kimi ilk uğur idi.

Bundan əlavə, Eltac Səfərli üçüncü lövhədə keçirdiyi yeddi partiyada beş xal toplayaraq fərdi qızıl medal qazanıb. O, yarış ərzində məğlubiyyət acısı dadmayan yeganə Azərbaycan şahmatçısı olub. Şəhriyar Məmmədyarov və Aydın Süleymanlı isə bütün oyunlarda əvəzlənmədən çıxış ediblər.

Azərbaycan millisinin çıxışında əsas dönüş nöqtəsi 6-8-ci turlar olub. Bu mərhələlərdə şahmatçılarımız Ermənistan, Macarıstan və Ukrayna yığmalarını məğlub ediblər. Həmin qələbələr komandanı son tura qədər "qızıl"a yaxınlaşdırsa da, Serbiyaya məğlubiyyət "gümüş"lə nəticələnib.

Fərdi göstəricilər

Şəhriyar Məmmədyarov – doqquz partiyadan 5,5 xal

Şəhriyar birinci lövhədə dayaq nöqtəsi kimi çıxış edib. O, Peçaç, Nquyen və Sarqsyan üzərində qələbə qazanıb, Giri, Rapport və Ponomaryovla heç-heçə edib. Yeganə məğlubiyyətini son, həlledici turda Saranaya qarşı alıb. Ümumilikdə, elit rəqiblərlə sabit oyun və çoxsaylı heç-heçələr aşağı lövhələrin uğuru üçün möhkəm təməl yaradıb.

Rauf Məmmədov - yeddi partiyadan üç xal

Raufun üçün başlanğıc çətin alınıb, turnirə Navaraya məğlubiyyətlə start verib. Daha sonra Ukrayna ilə oyunda Volokitin üzərində vacib qələbə qazanıb. Qazik, Kurkulos-Arditis, Ovanisyan və Lekolə görüşlərdə heç-heçə edib. Son turda İnciçə məğlubiyyət "qızıl" mübarizəsində" ağrılı nəticə olub. Ümumilikdə, xal baxımından gözləntilərin bir qədər altında çıxış göstərsə də, səkkizinci turdakı qələbəsi açar rolunu oynayıb.

Eltac Səfərli - yeddi partiyadan beş xal (Avropa çempionatının 3-cü lövhəsinin ən yaxşısı)

Eltac Səfərli turnirdə məğlubiyyətsiz oynayıb. Qumulyarj, Syuqirov və İviçi məğlub edib, Van Forest və Martirosyan da daxil olmaqla dörd heç-heçə əldə edib. Üçüncü lövhədə maksimal etibarlı və məhsuldar çıxışla komandanın faktiki ən dəyərli oyunçusu olub.

Aydın Süleymanlı - doqquz partiyadan beş xal

Aydın yüksək səviyyədə sabit oyun göstərib. Turniri çoxsaylı heç-heçələrlə tamamlayıb. İlk turda Harin, vacib mərhələdə isə Macarıstanla görüşdə Qleduru məğlub edib. Son turda Markuşla oyundakı məğlubiyyət onun yeganə məğlubiyyətidir. Təhlükəsiz, balanslı oyun tərzi ilə komanda üçün vacib xallar qazandırıb.

Məmməd Muradlı – dörd partiyadan iki xal

Dörd oyunun dördündə də heç-heçə. 2410–2615 reytinqli rəqiblərlə sabit çıxış edərək komandanın orta mərhələdəki balansını qoruyub. Əvəzləyici kimi etibarlı performans göstərib.

Azərbaycanın qurduğu strategiyada uğurlu məqamlar

Burada güclü aşağı lövhələrin gücünü qeyd etmək lazımdır. Səfərlinin elit çıxışı və medal qazanan performansı, Süleymanlının isə sabit oyunu komandanın əsas dayağı oldu. Məhz bu iki lövhənin etibarlı çıxışı Macarıstan və Ukraynaya qarşı qələbələri təmin etdi.

Düzgün matç idarəçiliyi. Niderland və Yunanıstana qarşı 2:2 hesablı bərabərliklərdə ön lövhələrdə risk edilmədi, həlledici oyunlarda isə 3-4-cü lövhələrin gücləndirilməsi taktiki baxımdan öz nəticəsini verdi. Ermənistan, Macarıstan və Ukrayna üzərindəki ardıcıl qələbələrdə kapitan Teymur Rəcəbovun təcrübəli yanaşması aydın şəkildə hiss olunurdu.

Gümüş - Azərbaycanın layiqli və məntiqli uğurudur. Komanda bu nəticəni 3-4-cü lövhələrdəki güclü oyun və düzgün turnir strategiyası sayəsində əldə etdi. "Qızıl"a gedən yolda yalnız bir matç - Serbiyaya qarşı son qarşılaşma çatmadı. Bununla belə, Azərbaycan yarışın çempionu Ukraynanı məğlub edib, Eltac Səfərli isə fərdi "qızıl"ı qazanıb.

Bütün bunlar Azərbaycanın heyətinin gücünü, keyfiyyətini və gələcək perspektivlərini göstərən siqnaldır. Təcrübə ilə gəncliyin vəhdət təşkil etdiyi bu komanda Azərbaycan Şahmat Federasiyasının ölkədə çoxsaylı turnirlər təşkil edən səmərəli fəaliyyəti sayəsində yaxın gələcəkdə təkcə Avropada deyil, dünya miqyasında da liderlərdən birinə çevriləcək.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Oxşar xəbərlər