Azərbaycanda altı ölkədən şahmatçıların iştirakı ilə keçirilən "Şirvan Open" beynəlxalq şahmat festivalı başa çatıb.
İdman.Biz xəbər verir ki, turnirin ən güclü A qrupunda Azərbaycan təmsilçisi Murad İbrahimli qalib olub. O, doqquz turun yekununda 7,5 xal toplayaraq birinci yeri tutub.
Yarışda Azərbaycan şahmatçıları ilə yanaşı, daha beş ölkənin təmsilçiləri də iştirak ediblər.
İsveçrə sistemi üzrə doqquz turdan ibarət keçirilən festivalın ümumi mükafat fondu 22 min 670 manat təşkil edib.