top
Leandro Paredes Cənubi Amerika Kubokunun finalından sonra canlı yayımda huşunu itirdi Idman.biz
Bu gün, 12:32
- ↺ +

Leandro Paredes Cənubi Amerika Kubokunun finalından sonra canlı yayımda huşunu itirdi

Futbol üzrə Argentina millisinin üzvü Leandro Paredes Kolumbiyada keçirilən Cənubi Amerika Kubokunun finalından sonra qorxulu anlar yaşayıb. Təcrübəli yarımmüdafiəçi canlı yayımda huşunu itirib.

İdman.Biz xəbər verir ki, Argentinanın "Boka Xuniors" futbol komandasının kapitanı Braziliyanın "Atletiko Mineyro" kollektivi ilə final qarşılaşmasından sonra "DSports" telekanalına müsahibə verərkən qəfil yerə yıxılıb.

Hadisə Kolumbiyanın Barrankilya şəhərindəki Roberto Melendes stadionunda baş verib. Futbolçunun vəziyyətinin pisləşdiyini görən jurnalist ona kömək etməyə çalışıb. Hadisə yerinə dərhal tibb işçiləri cəlb olunub.

EFE agentliyinin məlumatına görə, Paredesin huşunu itirməsinə yüksək temperatur və rütubətin yaratdığı istilik stressi səbəb olub. Final zamanı havanın temperaturu təxminən 30 dərəcə, rütubət 80 faiz, hiss olunan temperatur isə 39 dərəcəyə yaxın olub.

32 yaşlı futbolçu qarşılaşmanın gedişində də özünü pis hiss edib. O, nəfəs almaqda çətinlik və güclü yorğunluq səbəbindən 58-ci dəqiqədə əvəzlənməsini istəyib. Ehtiyat oyunçular skamyasında komanda yoldaşları Adam Bareyro və Rodriqo Batalya onu sərinlətmək üçün buzdan istifadə ediblər.

Paredes tibbi yardım aldıqdan bir neçə saniyə sonra özünə gəlib və soyunub-geyinmə otağına müstəqil şəkildə gedə bilib.

"Boka Xuniors"un baş məşqçisi Rodolfo Arruabarrena da futbolçunun vəziyyətinə münasibət bildirib:

"Birinci hissənin sonlarında özünü pis hiss edirdi və yorğunluqdan şikayətlənirdi. Fasilədə vəziyyəti bir qədər yaxşılaşdı. Amma ikinci hissənin 10-cu dəqiqəsindən sonra meydanda hərəkət etməkdə çətinlik çəkirdi. O, vəziyyətini gizlətmədi və əvəzlənməsini istədi".

Qeyd edək ki, "Boka Xuniors" finalda "Atletiko Mineyro"nu 2:0 hesabı ilə məğlub edərək Cənubi Amerika Kubokunun qalibi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:30

İtaliya nəhəngi qışda Vircil van Deyklə ilkin müqavilə bağlaya bilər

Qarabağ FK
Bu gün, 12:22

Günün oyunları bu kanallarda - TV AFİŞA

Futbol
Bu gün, 12:10

“Real Madrid”dən 4 mövsüm sonra uğurlu seriya

Futbol
Bu gün, 12:05

“Fənərbağça”da sərt qərar gözlənilir

Futbol
Bu gün, 12:00

Sxadadzenin işsiz günləri başa çatdı

Futbol
Bu gün, 11:55

Azərbaycanda hücumçu onun kürəyindən ayağı ilə vurdu - VİDEO

Basketbol
Bu gün, 11:52

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Qarabağ FK
Bu gün, 11:52

Kəpəz – Qarabağ: Gəncədəki XI tura son verən matçın müəyyən vacib məqamı

Futbol
Bu gün, 11:49

Gonsalo Tapia Messinin ona top vurması barədə: Bu, sadəcə oyundakı bir epizod idi

Futbol
Bu gün, 11:45

Arteta: Arsenal ilk hissədə 3-4 top fərqi ilə öndə olmalı idi

Qarabağ FK
Bu gün, 11:30

Xankəndi sakini: "Qarabağ" - "Kəpəz" oyununu gəncəlilərin sektorunda izlədim - MÜSAHİBƏ

Futbol
Bu gün, 11:30

Səudiyyə futbolunun əfsanəsi Ronaldonu tənqid etdi: "Artıq komandaya verə biləcəyi heç nə qalmayıb"

Minifutbol
Bu gün, 11:29

Futzal üzrə hakim‑inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

Futbol
Bu gün, 11:29

Laportadan “Barselona”ya böyük vəd: “Bu il bizim ilimiz olmalıdır”

Futbol
Bu gün, 11:10

Ronalduya müvəqqəti heykəl qoydular - VİDEO

Futbol
Bu gün, 11:09

Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinalda

Futbol
Bu gün, 11:08

Dünyanın ən Moda Futbolçuları: İlk Onluq Kimlərdən İmzalandı?

Futbol
Bu gün, 11:05

Premyer Liqada artıq öz sözünü deyən yerli hücumçu var!

Boks
Bu gün, 11:00

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinalında

Qarabağ FK
Bu gün, 11:00

“Kəpəz”dən “Qarabağ”la oyun üçün xüsusi mükafat – məbləğ artırıldı!

Futbol
Bu gün, 10:44

İkinci Liqada bu gün üç oyun keçiriləcək, lider "Qaradağ Lökbatan" "Şirvan"ın qonağı olur

Formula 1
Bu gün, 10:42

Maks Ferstappen Las-Veqas Qran-prisinin Qalibi Oldu

Futbol
Bu gün, 10:40

Qalatasaray Samsunspor

Oxşar xəbərlər