top
“Amedspor”un hücumçusu rəhbərlik barədə: “Azarkeşlərimizi axmaq yerinə qoymayın” Idman.biz
Bu gün, 13:13
- ↺ +

“Amedspor”un hücumçusu rəhbərlik barədə: “Azarkeşlərimizi axmaq yerinə qoymayın”

Futbol üzrə Türkiyə Superliqasında çıxış edən "Amedspor" komandasının hücumçusu Mbaye Diaqnenin komandaya qayıtmaması qalmaqala səbəb olub. Baş məşqçi Besnik Hasi futbolçu ilə əlaqə saxlaya bilmədiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, hadisə Türkiyə Superliqasının 12-ci turunda "Amedspor"un doğma meydanda "Çaykur Rizəspor"a 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra gündəmə gəlib.

Oyundan sonra keçirilən mətbuat konfransında Hasi seneqallı hücumçunun heyətdə olmamasına aydınlıq gətirib.

"Diaqnenin yalnız burada olmadığını bilirəm. Milli komandaların oyunları ilə əlaqədar fasilədən və istirahət günlərindən sonra hamı geri qayıtdı, amma o, şəhərə dönmədi. Hazırda harada olduğunu bilmirəm. Onunla əlaqə saxlaya bilmədim. Bu, rəhbərliyin məşğul olmalı olduğu məsələdir. Mən futbolçularıma diqqət yetirir, əlimdə olan oyunçuları inkişaf etdirməyə çalışıram", - deyə mütəxəssis bildirib.

Lakin baş məşqçinin açıqlamasından sonra Diaqne də susqunluğunu pozub. Sosial şəbəkə hesabında paylaşım edən hücumçu komanda daxilindəki şəxslərin vəziyyətdən xəbərdar olduğunu iddia edib.

"Onlar hər şeyi bilirlər. Niyə evdə olduğumu da bilirlər. Azarkeşlərimizi axmaq yerinə qoymayın. Həqiqətlər tezliklə üzə çıxacaq. "Amedspor" azarkeşləri, onların dediklərinə inanmayın", - deyə futbolçu yazıb.

Beləliklə, seneqallı hücumçunun komandaya qayıtmamasının səbəbi hələ də aydın deyil. Futbolçunun açıqlaması isə onunla komanda rəhbərliyi arasında fikir ayrılığının ola biləcəyi ehtimalını gündəmə gətirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:10

Chelsea son 5 oyunda dördüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 13:04

9-cu dəfə Braziliya çempionu oldular.

Futbol
Bu gün, 13:02

Azərbaycanın U-20 futbol millisində antidopinq təlimi keçirilib - FOTO

Futbol
Bu gün, 13:00

Elçin Səmədli Çempionlar Liqasının oyununa təyinat aldı

Qarabağ FK
Bu gün, 13:00

“Qarabağ” son 2 görüşdə “Kəpəz”ə qonaq olduğu vaxtlarda xalsız ayrılıb: Gəncədə növbəti yoxlanış başlayır

Futbol
Bu gün, 12:32

Leandro Paredes Cənubi Amerika Kubokunun finalından sonra canlı yayımda huşunu itirdi

Futbol
Bu gün, 12:30

İtaliya nəhəngi qışda Vircil van Deyklə ilkin müqavilə bağlaya bilər

Qarabağ FK
Bu gün, 12:22

Bu günkü futbol matçları hansı kanallarda yayımlanır - TV AFİŞA

Futbol
Bu gün, 12:10

“Real Madrid”dən 4 mövsüm sonra uğurlu seriya

Qarabağ FK
Bu gün, 12:07

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib

Futbol
Bu gün, 12:05

“Fənərbağça”da sərt qərar gözlənilir

Futbol
Bu gün, 12:00

Sxadadzenin işsiz günləri başa çatdı

Futbol
Bu gün, 11:55

Azərbaycanda hücumçu onun kürəyindən ayağı ilə vurdu - VİDEO

Basketbol
Bu gün, 11:52

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Qarabağ FK
Bu gün, 11:52

Kəpəz – Qarabağ: Gəncədəki XI tura son verən matçın müəyyən vacib məqamı

Futbol
Bu gün, 11:49

Gonsalo Tapia Messinin ona top vurması barədə: Bu, sadəcə oyundakı bir epizod idi

Futbol
Bu gün, 11:45

Arteta: Arsenal ilk hissədə 3-4 top fərqi ilə öndə olmalı idi

Qarabağ FK
Bu gün, 11:30

Xankəndi sakini: "Qarabağ" - "Kəpəz" oyununu gəncəlilərin sektorunda izlədim - MÜSAHİBƏ

Futbol
Bu gün, 11:30

Səudiyyə futbolunun əfsanəsi Ronaldonu tənqid etdi: "Artıq komandaya verə biləcəyi heç nə qalmayıb"

Minifutbol
Bu gün, 11:29

Futzal üzrə hakim‑inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

Futbol
Bu gün, 11:29

Laportadan “Barselona”ya böyük vəd: “Bu il bizim ilimiz olmalıdır”

Futbol
Bu gün, 11:10

Ronalduya müvəqqəti heykəl qoydular - VİDEO

Futbol
Bu gün, 11:09

Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinalda

Oxşar xəbərlər