top
“Mançester Yunayted”in kapitanı getməyə hazır olduğunu deyib Idman.biz
Bu gün, 14:19
- ↺ +

“Mançester Yunayted”in kapitanı getməyə hazır olduğunu deyib

İngiltərənin "Mançester Yunayted" futbol komandasının kapitanı Brunu Fernandeş gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib. Portuqaliyalı yarımmüdafiəçi klub rəhbərliyinin qərarından asılı olaraq komandadan ayrılmağa hazır olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, Fernandeş "Sky Sports" telekanalına müsahibəsində "Mançester Yunayted"in uzun illərdir İngiltərə Premyerliqasında çempion ola bilməməsinə görə futbolçuların tənqid edilməsinə münasibət bildirib.

"Klub sonuncu dəfə çox uzun müddət əvvəl çempion olub. O vaxt indiki futbolçuların heç biri burada deyildi. Təbii ki, hamı bu oyunçuların çempionluq qazana bilmədiyini deyəcək. Hamı problemə çevrilir və bu, normaldır. Burada narahatlıq doğuran heç nə yoxdur", - deyə portuqaliyalı futbolçu bildirib.

Fernandeş komandanın əvvəlki illərdə heyətində yer alan ulduz futbolçuları da xatırladıb:

"Mənə karyeralarında böyük uğurlar qazanan futbolçularla birlikdə oynamaq nəsib olub. Xuan Mata futbolda hər şeyi qazanıb. David de Xea bu klubla kuboklar əldə edib. Pol Poqba, Nemanya Matiç və hətta Zlatan İbrahimoviç də müxtəlif komandalarda titullar qazanıblar. Lakin onların heç biri "Mançester Yunayted"i yenidən zirvəyə qaytarıb Premyerliqanın qalibi edə bilməyib".

Komandanın kapitanı uğursuzluqların yalnız futbolçularla əlaqələndirilməsini düzgün hesab etmədiyini vurğulayıb.

"Burada başqa klublarda çempionluqlar qazanan çoxlu məşqçi çalışıb. Ancaq onlar da "Yunayted"ə Premyerliqa titulunu qaytara bilməyiblər. Buna görə düşünürəm ki, futbolçulara təzyiq barədə söhbətlər hər il təkrarlanır. Klubda daha uzun müddət çıxış edən oyunçular həmişə digərlərindən daha çox diqqət mərkəzində olurlar. Bunun səbəbi burada uzun müddət qalmağımızdır. Bizi başqalarından daha uzun müddət problemin bir hissəsi hesab edirlər".

Fernandeş klub rəhbərliyinə gələcəyi ilə bağlı mövqeyini artıq çatdırdığını da açıqlayıb:

"Kluba demişəm ki, nə vaxtsa mənim "Mançester Yunayted"i layiq olduğu yerə qaytarmaq üçün doğru insan olmadığımı düşünsələr, getməyə hazıram. Çünki mən də kuboklar qazanmaq istəyirəm. Premyerliqanın qalibi olmaq istəyirəm. Çempionlar Liqasını qazanmaq istəyirəm. Bunu heç vaxt gizlətməmişəm. Bacaracağam? Bilmirəm. Amma cəhd göstərməyə davam edəcəyəm".

Qeyd edək ki, "Mançester Yunayted" sonuncu dəfə 2012/2013 mövsümündə İngiltərə çempionu olub. Komanda cari mövsümdə Premyerliqanın ilk on turunda səkkiz xal toplayaraq turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:30

“Barselona” “Sabah”la oyundan əvvəl son matçında çıxır

Digər
Bu gün, 14:30

Mahir Emrelinin komandası “Vidzev”i qəbul edəcək

Futbol
Bu gün, 14:00

Rövlan Muradov: 'Neftçi' ilə döyüşüb-vuruşaraq xal qazanmağa çalışacağıq'

Futbol
Bu gün, 13:43

Mbappe “Real”ın futbolçularına əsəbiləşdi: “Düşünməyi dayandır!” - VİDEO

Futbol
Bu gün, 13:41

"Neftçi" Şamaxıda zirvəyə yüksələ bilər - Heyətlər

Basketbol
Bu gün, 13:36

Polina Şukinadan Sinqapurda uğur

Futbol
Bu gün, 13:35

Səbail

Futbol
Bu gün, 13:22

Araz‑Naxçıvan vs Neftçi mövqeyləri elan edildi

Futbol
Bu gün, 13:13

“Amedspor”un hücumçusu rəhbərlik barədə: “Azarkeşlərimizi axmaq yerinə qoymayın”

Futbol
Bu gün, 13:10

Chelsea son 5 oyunda dördüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 13:04

9-cu dəfə Braziliya çempionu oldular.

Futbol
Bu gün, 13:02

Azərbaycanın U-20 futbol millisində antidopinq təlimi keçirilib - FOTO

Futbol
Bu gün, 13:00

Elçin Səmədli Çempionlar Liqasının oyununa təyinat aldı

Qarabağ FK
Bu gün, 13:00

“Qarabağ” son 2 görüşdə “Kəpəz”ə qonaq olduğu vaxtlarda xalsız ayrılıb: Gəncədə növbəti yoxlanış başlayır

Futbol
Bu gün, 12:32

Leandro Paredes Cənubi Amerika Kubokunun finalından sonra canlı yayımda huşunu itirdi

Futbol
Bu gün, 12:30

İtaliya nəhəngi qışda Vircil van Deyklə ilkin müqavilə bağlaya bilər

Qarabağ FK
Bu gün, 12:22

Bu günkü futbol matçları hansı kanallarda yayımlanır - TV AFİŞA

Futbol
Bu gün, 12:10

“Real Madrid”dən 4 mövsüm sonra uğurlu seriya

Qarabağ FK
Bu gün, 12:07

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib

Futbol
Bu gün, 12:05

“Fənərbağça”da sərt qərar gözlənilir

Futbol
Bu gün, 12:00

Sxadadzenin işsiz günləri başa çatdı

Futbol
Bu gün, 11:55

Azərbaycanda hücumçu onun kürəyindən ayağı ilə vurdu - VİDEO

Basketbol
Bu gün, 11:52

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Oxşar xəbərlər