Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçına bütün biletlər satılıb.
İdman.Biz xəbər verir ki, noyabrın 22-də Gəncə şəhər stadionunda baş tutacaq qarşılaşmaya böyük azarkeş marağı var.
15 363 tamaşaçı tutumuna malik stadionun bütün biletləri tükənib. Hazırda nə onlayn satış platformasında, nə də fiziki kassalarda bilet qalıb.
Bununla əlaqədar stadionun kassaları qarşıdakı günlərdə fəaliyyət göstərməyəcək.
Biletlərin tam satılması cari mövsümdə tamaşaçı sayı üzrə yeni rekordun qeydə alınması ehtimalını artırır.
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" qarşılaşması noyabrın 22-də saat 17:00-da başlayacaq.