top
Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq Idman.biz
Bu gün, 20:11
- ↺ +

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

"Mançester Yunayted"in sabiq futbolçusu Pol İns komandanın yeni baş məşqçisi Maurisio Poçettinonun işinin son dərəcə çətin olacağını bildirib.

İdman.Biz "Freebets.com"a istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi argentinalı mütəxəssisin təcrübəsinə güvənsə də, komandanın heyətində ciddi problemlərin olduğunu vurğulayıb.

"Poçettino yüksək səviyyəli məşqçidir. Onunla bir neçə dəfə görüşmüşəm. Çox mehriban, təvazökar və ünsiyyətcil insandır. Onu çox çətin iş gözləyir. Həqiqətən də belədir. Amma bu iş onun üçün eyni zamanda həyəcanverici olmalıdır".

İns Poçettinonun "Tottenhem"dəki uğurlu fəaliyyətini xatırladaraq "Mançester Yunayted"in hazırkı heyətinin keyfiyyətini şübhə altına alıb:

"Onun "Tottenhem"də Harri Keyn, Dele Alli və Musa Dembele kimi yüksək səviyyəli futbolçuları var idi. Bəs "Mançester Yunayted"də belə oyunçular varmı? Buna əmin deyiləm".

Keçmiş futbolçu komandanın fiziki hazırlığı və meydandakı mübarizə əzmi ilə bağlı narahatlığını da gizlətməyib. O, xüsusilə "Fulhem"lə səfər qarşılaşmasında yaşanan epizodu misal çəkib:

"Məni narahat etməyə başlayan məqamı bilirsiniz? Bu, "Fulhem"lə səfər oyunu idi. Rəqib oyuna başladıqdan sonra 46 ötürmə etdi və qapıya bir zərbə vurdu. Bu müddətdə "Mançester Yunayted"in futbolçuları topa bir dəfə də toxunmadılar. Səfərdə oynayanda ilk dəqiqələrdən özünü göstərmək istəyirsən. Amma 46 ötürmə ərzində topa toxunmamaq eşidilməmiş hadisədir".

İns komandanın uğursuz çıxışının səbəblərindən birinin futbolçuların fiziki hazırlığı və düzgün hərəkət etməməsi olduğunu düşünür:

"Narahatedici vəziyyətdir. Kifayət qədər əzmkarlıq, intensiv qaçış və düzgün hərəkətlər yoxdur. Ola bilsin ki, komandanın hazırda yaxşı nəticələr göstərməməsinin səbəbi də budur".

Qeyd edək ki, Poçettino "Mançester Yunayted"in baş məşqçisi vəzifəsində Maykl Karriki əvəzləyib. Argentinalı mütəxəssisin rəhbərliyi altında komanda ilk oyununu noyabrın 22-də səfərdə "Liverpul"a qarşı keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Futbol
Bu gün, 16:40

Şahdağ Qusar və Gəncəbasar 0:0 bitişi

Futbol
Bu gün, 16:40

Niko Pas: Messi'nin milli takımdaki varisi

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Oxşar xəbərlər