top
Dambrauskas: ‘Sabah’ 5–1 qələbəsində ‘Sumqayıt’ın məhvı Sport24.az
Bu gün, 21:31
- ↺ +

Dambrauskas: ‘Sabah’ 5–1 qələbəsində ‘Sumqayıt’ın məhvı

Misli Premyer Liqasının XII turu çərçivəsində səfərdə "Sumqayıt"ı darmadağın edən (5:1) "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşmanın ardından keçirilən mətbuat konfransında iştirak etdi. Sport24.az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə jurnalistlərin suallarını cavablandırdı:

 

– Böyükhesablı qələbənin əldə olunmasında rəqibin azlıqda qalmasını həlledici amil hesab etmək olarmı? Həmçinin, zədədən yeni qayıtmasına baxmayaraq fərqlənən Xəyal Əliyevin çıxışı barədə nə deyə bilərsiniz?

 

– Əlbəttə, sizinlə razıyam, qırmızı vərəqə matçın həlledici məqamlarından biri idi. Lakin onu da qeyd etməliyəm ki, rəqib azlıqda qalana qədər də yaxşı çıxış edirdik. 1:0 hesabı ilə öndə idik və başqa əlverişli qol fürsətlərimiz də var idi. Rəqibə qarşı çox aqressiv pressinq tətbiq edirdik. Doğrudur, buraxdığımız qolda kobud səhvə yol verdik və rəqib bundan yararlandı. Amma keyfiyyətli komanda olaraq, 60 dəqiqə ərzində 10 nəfərə qarşı oynayırıqsa, mütləq qalib gəlməliyik. Azlıqda qalan rəqibə qarşı belə bir oyunu təhlil etmək bir qədər çətindir, çünki nəzarət tamamilə bizdə idi və vurulan 5 qol da bunu sübut edir. Xəyal Əliyevə gəlincə, o, bizim üçün çox önəmli və keyfiyyətli futbolçudur. Həlledici məqamlarda ona şans veririk ki, bu fürsətlərdən maksimum yararlansın. Xəyalı yenidən yaşıl meydanda görmək mənim üçün böyük sevinc hissidir.

 

– Beş gündən sonra "Barselona" ilə qarşılaşacaqsınız. Bu matçı karyeranızın zirvə oyunlarından biri adlandırmaq olar. Belə böyük oyun öncəsi gecələr yatmaq çətin deyil?

 

– Düzünü desəm, bəzən məhz Azərbaycan çempionatındakı oyunlardan əvvəl narahatlıqdan yata bilmirəm. Çempionlar Liqasında bu cür matçlardan isə sadəcə zövq almaq lazımdır. Təbii ki, nəticədən asılı olmayaraq, biz hər oyuna qələbə üçün çıxırıq. Bütün azarkeşlərimizi həmin görüşə dəvət edirik ki, tribunaları doldurub bizə dəstək olsunlar. Futbol elə bir oyundur ki, burada bəzən inanılmaz hekayələr yazılır. İnanıram ki, çərşənbə günü biz də belə unudulmaz hekayələrdən birini yazmağa çalışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:33

Qazaxda 5-ci İdman Festivalının açılışı keçirildi

Futbol
Bu gün, 21:26

Qalatasarayda zədəli futbolçuların vəziyyəti açıqlanıb

Futbol
Bu gün, 21:17

PSG qapıçısı Lukas Şevalye ilə yollarını ayırmağı planlayır

Qarabağ FK
Bu gün, 21:02

“Kəpəz”–“Qarabağ” matçının biletları tam satılıb, Gəncədə yeni tamaşaçı rekordunun gözlənilməsi

Futbol
Bu gün, 20:44

İnter qapıçı mövqeyi üçün Allisson və Donnarummana diqqət yetirir

Futbol
Bu gün, 20:29

“Liverpul” van Deykinin iki il uzatma tələbinə razı deyil, “Milan” fürsət gözləyir

Futbol
Bu gün, 20:27

Arsenalın vingeri Bukayo Saka 2 ay müddətinə komandadan kənarda qalacaq

Futbol
Bu gün, 20:21

Ruy Jorje: U-20 Milli Komanda İraqla 2:1 məğlub oldu, amma dünya çempionatına hədəf

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Oxşar xəbərlər