"Barselona"nın baş məşqçisi Hansi Flik qış transfer pəncərəsində müdafiə xəttinin gücləndirilməsi ilə bağlı klub rəhbərliyinə əlavə tələb irəli sürüb.
İdman.Biz "SPORT" nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis təcrübəli mərkəz müdafiəçisi ilə yanaşı, etibarlı sol cinah müdafiəçisinin də transfer edilməsini istəyir.
İkinci transferin reallaşması Alexandro Baldenin gələcəyindən asılı olacaq. İspaniyalı futbolçu cari mövsümdə əvvəlki mövqeyini itirib və komandanın ilk 16 rəsmi oyununda cəmi 125 dəqiqə meydanda olub.
Bununla belə, "Barselona"nın idman direktoru Deku klubun Baldeni satmaq niyyətində olmadığını bildirib. Rəhbərlik yalnız futbolçunun özü ayrılmaq istədiyi halda mümkün transferi nəzərdən keçirəcək.
Flikin müdafiəyə əlavə futbolçular tələb etməsinin əsas səbəblərindən biri zədələrdir. Andreas Kristensen, Erik Qarsiya, Jül Kunde və Xavi Espartın fiziki problemləri baş məşqçinin seçim imkanlarını məhdudlaşdırıb.
Kataloniya klubunun transfer planlarını maliyyə feyr-pleyi qaydaları da çətinləşdirir. Yeni futbolçuların alınması üçün heyətdəki bəzi oyunçuların satılması tələb oluna bilər.
Qeyd edək ki, "Barselona" hazırda 33 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.