top
Mahir Məmmədov Vüqar Həşimov Memorialının əhəmiyyətindən danışıb Sport24.az
08 dekabr 2025, 18:20
- ↺ +

Mahir Məmmədov Vüqar Həşimov Memorialının əhəmiyyətindən danışıb

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov dekabrın 9-da start götürəcək XI Vüqar Həşimov Memorialı ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, turnirin mətbuat xidmətinə açıqlama verən federasiya rəsmisi yarışın davamlı keçirilməsinin sevindirici hal olduğunu söyləyib:

 

"Bu turnir Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Şahmat Federasiyası və əlaqədar təşkilatların birgə səyinin nəticəsidir. Tədbirin mütəmadi olaraq keçirilməsi Vüqar Həşimov şəxsiyyətinin miqyasını göstərir. O cümlədən dünya şahmatçıları tərəfindən Vüqarın adının yüksək tutulması ilə əlaqədardır. Belə olan halda bu amillər memorialın uzun illər keçiriləcəyinə əsas verir. İlk illərdə yarış Şəmkir, Bakı və Qəbələ şəhərlərində keçirildi. Son illərdə isə işğaldan azad edilmiş şəhərlərdə baş tutur. Memorialın Şuşa və Xankəndidə təşkil olunması isə gözəl ənənədir və bunu davam etdirəcəyik. Turnirin gələcəkdə müxtəlif ünvanlarda keçirilməsi də istisna edilmir. Bu isə Azərbaycanın digər bölgələrinin tanıdılması üçün gözəl vasitədir. Azərbaycanın şahmat ənənələrini, gücünü nəzərə alsaq, turnir dünya şahmatına olan böyük tövfədir".

 

Federasiya rəhbəri Memorialın FİDE dünya çempionatının seçmə mərhələsinə daxil olunması ilə bağlı da fikirlərini bildirib: "Vüqar Həşimovun xatirə turniri ilk günlərdən ən yüksək səviyyədə təşkil olunub. Bu səbəbdən turnirin FİDE tərəfindən seçmə mərhələnin tərkib hissəsinə qəbul olunması əbəs deyil. İnanırıq ki, bu belə də olacaq və gələcəkdə daha yüksək səviyyələrə qalxacaq".

 

M.Məmmədov mərhu Avropa çempionu ilə bağlı düşüncələrini də bölüşüb: "Vüqar Həşimov Azərbaycanın şahmat tarixində çox parlaq, unudulmayan iz qoyub. İlk addımlarından son günlərinədək gözümüzün qabağında idi. Dünyanın ən görkəmli, aparıcı şahmatçılarından birinə çevrilməsinin, qələbələrinin şahidi olduq. Adı "Ginnesin rekordlar kitabı"na salınan Faiq Həsənovun 85 illiyinə həsr olunmuş filmdə Vüqar Həşimov barəsində maraqlı kadrlar da geniş tamaşaçı kütləsinə çatdırılıb. Fəxr hissi ilə deyə bilərəm ki, Vüqar şahmat nəzəriyyəsinə də böyük tövfələri ilə yadda qalıb. Bu sözü çox az şahmatçı barəsində demək olar. O, həm böyük praktika və görkəmli nəzəriyyəçi idi. Həşimov bu mənada da dünya şahmatında öz bacarığını əsirgəmədi. Sevinirik ki, bu ad, bu xatirə daim yaşayır. Bu təkcə memorial turnir deyil. "Baku Chess Tour"a daxil olunmuş yarışın gələcəkdə bu turnirə əlavə olunması istisna deyil. Fondun gördüyü xeyirxah işlər, şahmat tədbirlərini də bu siyahıya əlavə etmək olar. Azərbaycanın yeni nəsil şahmatçıları da hər zaman elə böyük şahmatçının olması, ölkəmizin adını ucaltması, ilk dəfə Avropa çempionu, Qran-Pri qalibi olması barədə həmişə biləcəklər. Vüqarın xatirəsi daim yaşayacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər