top
Mahir Məmmədov: Şəhriyar Məmmədyarovun son partiyada konsentrasiya itkisi yorğunluqla bağlı idi Report.az
15 oktyabr 2025, 12:35
- ↺ +

Mahir Məmmədov: Şəhriyar Məmmədyarovun son partiyada konsentrasiya itkisi yorğunluqla bağlı idi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Gürcüstanın Batumi şəhərində keçirilən komandalar arasında Avropa çempionatının son turunda bir dəqiqəlik konsentrasiyanı itirib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov qurum rəsmi saytına açıqlamasında deyib.

O, yarışın kişi şahmatçılardan ibarət milli üçün sabit alındığını bildirib:

"Şahmatçılarımız son tur ərəfəsində məğlub olmayan yeganə komanda idi və təəccüblü deyil ki, birinci yerdə qərarlaşmışdılar. Təəssüflər olsun ki, 9-cu turda istədiyimiz nəticə alınmadı".

AŞF rəhbəri bildirib ki, şahmatda son turun öz qəribəlikləri var: "Son turda oyunlar daha tez başlayır, şahmatçılar yorğun olur və səhvlərin sayı artır. Ona görə çempionatı yüksək səviyyədə keçirən Şəhriyar son partiyada bir dəqiqəlik konsentrasiyanı itirdi. Bu yorğunluqla bağlıdır, unutmayaq ki, Şəhriyar ardıcıl 9 turda mübarizə apardı. Bizim həm kişilər, həm də qadın şahmatçılardan ibarət komandalarda 9 tur oynayan yalnız Şəhriyar oldu və əsl lider olduğunu göstərdi".

M.Məmmədov digər şahmatçıların çıxışına da toxunub: "Rauf Məmmədov Ukraynayla qarşılaşmada gözəl qələbə qazandı. Eyni zamanda Aydın Süleymanlının gözəl qələbələri oldu. Məhəmməd Muradlı gözlədiyimiz kimi çıxış edərək komandaya kömək etməyə çalışdı. Eltac Səfərli üçün çempionat sanki intibah turniri kimi keçdi. Üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medal qazandı, həm də reytinqini artırdı. Şahmatçımız Teymur Rəcəbovun kapitanlığının təqdirəlayiq olduğunu qeyd etməliyəm. Komandada hər bir şahmatçı haqqında danışmaq olar. Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm. Əlbəttə qızıl medal daha yaxşı nəticədi. Azərbaycan komandası üç dəfə Avropa çempionu olub və dördüncü dəfə qızıl medal qazanacağımıza böyük ümid var idi".

O, Avropa çempionatında çıxış edən qadın şahmatçıların nəticəsi barədə də fikirlərini bölüşüb: "Qadın şahmatçılardan ibarət Azərbaycan komandasına gəlincə turnir onlar üçün enişli-yoxuşlu oldu. Xeyli xal payladılar rəqib komandalara. Halbuki qadın şahmatçılarımız çempionata çox yüksək səviyyədə hazırlıq keçmişdilər. Yarışa onlarla birgə məşqçi heyəti Nicat Abasov və Qədir Hüseynov da yollanmışdı. Bildiyiniz kimi Günay Məmmədzadə ailə vəziyyətinə görə müvəqqəti olaraq komandada çıxış etmir. Biz onun tezliklə komandaya qayıdacağına ümid edirik. Ayan Allahverdiyeva üçün milli komandada ilk çempionat kimi yadda qaldı. Bir partiyada tamamilə udulmuş vəziyyətdə qəflətən məğlub oldu. Bu amil sonrakı oyunlarına təsirsiz ötüşmədi. Bununla belə biz Ayanın yüksək potensialını görürük. Ülviyyə Fətəliyeva özünü komandanın əsl lider kimi göstərdi. Xanım Balacayeva və Gövhər Beydullayevanın üstünlüklərini reallaşdırmadıqları, sona çatdırmadıqları partiyaların sayı çox oldu. Gülnar Məmmədova qitə çempionatını çox yaxşı keçirdi. Son turda oynamasaydı, öz lövhəsində birinci yerə çıxacaqdı.

Federasiya rəhbərinin sözlərinə görə, ümumiyyətlə komandada realizə olunmayan məqamlar kifayət qədər olub:

"Azərbaycan komandası öz böyük potensialını göstərdi. Mənim fikrimcə optimal formada olsaydılar, üstün olduqları oyunlarda xallar qazanılsaydı çempionatı 1 və ya 2-ci yerdə başa vurmaq olardı. Son iki qitə çempionatında qadın şahmatçılarımız bürünc və gümüş medallar qazanıb. Əfsuslar olsun, bu dəfə mükafatçılar sırasında yer almadılar. Amma biz bundan nəticə çıxarmalı və daha çox işləməliyik".

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazanıb. Qadınlardan ibarət yığma isə 10-cu yeri tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Oxşar xəbərlər