top
Gülnar Məmmədova: Avropa çempionatı bizim üçün real deyildi, Günayın yoxluğu hiss olunurdu Report.az
16 oktyabr 2025, 13:01
- ↺ +

Gülnar Məmmədova: Avropa çempionatı bizim üçün real deyildi, Günayın yoxluğu hiss olunurdu

Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında çempion olması real deyildi.

Bu barədə yığma üzvü Gülnar Məmmədova "Report"a açıqlama verib.

O, yarışda 10-cu yeri tutmaları ilə bağlı fikirlərini bölüşüb:

"Əslində Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdıq. Fərdi məşqlər edirdik və komanda ilə təlim-məşq toplanışlarına qatılmışdıq. Naftalanda və Bakıda hazırlıq keçmişdik. Qədir Hüseynovla Nicat Abasovun məşqçilərimiz idi. Nicat həm də fərdi dərslərdə mənə yardımçı olurdu. Sadəcə, yarışda bir az bəxtsizliklə üzləşdik. Mən və komanda yoldaşlarım öndə olduğumuz görüşdə qələbəni əldən verdik. Günay Məmmədzadə ailə vəziyyətinə görə müvəqqəti olaraq çıxış etmir. Onun yoxluğu hiss olunurdu. İndiki komanda ilə də ilk "üç-lük"də yer almaq şansımız var idi. Amma çempionluq o qədər də real deyildi. Çünki Günayın yoxluğu aşkar görünürdü. Düşünürəm ki, o, turnirdə iştirak etsəydi, medalsız qalmazdıq".

G.Məmmədova öz çıxışı ilə bağlı da danışıb:

"Dördüncü lövhədə mübarizə aparırdım. Komanda yoldaşlarımdan hansısa oynamayanda üçüncü lövhəyə keçirdim. Məndən daha çox xal gözlədikləri üçün dördüncü lövhədə oynamağımı istədiklərini bilirdim. Qarşıma məqsəd qoymuşdum ki, maksimum çox xal qazanım. Amma belə alındı. 8 görüşdə 6 xal toplaya bildim. Bunu da yaxşı nəticə sayıram. Sonuncu turadək öz lövhəmdə lider idim. Son oyundakı məğlubiyyətə görə üçüncü yerlə kifayətləndim. Ancaq düşünürəm ki, sonadək komandamız üçün mübarizə apardıq. Növbəti yarışlarda fərdi lövhədə birinci olmağı hədəfləyirəm. Komandamızın kişilərlə birlikdə medalçılar sırasına düşəcəyinə inanıram".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:20

Okan Burukun etiraz etdiyi almaniyalı hakim Zibert yenidən Qalatasarayın oyununa təyin olunub

Futbol
Bu gün, 04:12

Liverpul

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Qarabağ FK
Bu gün, 01:10

Kəpəz – Qarabağ 0:0 nəticəylə qarşılaşdı

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Futbol
Bu gün, 00:50

“Neftçi”ni “taxt”a qaytaran 3 qolu görməyənlər üçün VİDEO

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

"Beşiktaş" Konya səfərində 4 qol vurdu - VİDEO

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:10

"Sabah"ın rəqibi evdə bu qolla qələbə qazandı - VİDEO

Oxşar xəbərlər