top
FIDE Kramnikin Naroditski ilə Bağlı Bəyanatlarına Görə Araşdırma Aparacaq Idman.biz
23 oktyabr 2025, 05:09
- ↺ +

FIDE Kramnikin Naroditski ilə Bağlı Bəyanatlarına Görə Araşdırma Aparacaq

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç FIDE-nin Etika və İntizam Komissiyasının 14-cü dünya çempionu Vladimir Kramnikin amerikalı qrossmeyster Daniel Naroditski ilə bağlı dediklərini araşdıracağını açıqlayıb.

İdman.Biz-in məlumatına görə, Naroditski oktyabrın 19-da vəfat edib.

Sosial şəbəkələrdə Kramnikin Naroditskini fırıldaqda ittiham etməsinin ikincinin psixoloji durumuna təsir etməsi və onun ölümünə səbəb olması barədə fərziyyələr yayılıb.

"Son vaxtlar şahmat dünyasında ictimai müzakirələr çox vaxt qəbuledilməz sərhədləri keçərək, təkcə insanların reputasiyasına deyil, həm də rifahına xələl gətirir. Bu baş verdikdə, müzakirələr bullinqə, təqiblərə və şəxsi hücumlara çevrilə bilər ki, bu da müasir şəraitdə xüsusilə ciddi məsələdir.

Şahmat ictimaiyyəti qrossmeyster Vladimir Kramnikin nailiyyətlərinə çoxdan hörmətlə yanaşır və onun idmanımıza verdiyi töhfələr danılmazdır. Bununla belə, böyük nailiyyətləri müşayiət edən eyni yüksək standartlar həm də ədalət və hörmət prinsiplərinə riayət etmək , bu idman növünün səfiri kimi xidmət etmək məsuliyyətini yaradır.

Buna görə də, mən FIDE İdarə Heyəti ilə birlikdə qrossmeyster Vladimir Kramnikin həm qrossmeyster Daniel Naroditskinin faciəvi ölümündən əvvəlki, həm də sonrakı bütün müvafiq ictimai bəyanatlarını müstəqil nəzərdən keçirilməsi üçün FIDE-nin Etika və İntizam Komissiyasına rəsmi şəkildə təqdim edəcəyəm.

Eyni zamanda, mən təsdiq edirəm ki, FIDE hər hansı bir hörmətsizlik, ictimai təqib və ya şahmat ictimaiyyəti daxilində qısnama halında müvafiq tədbirlər görəcək. İdmanımızın dürüstlük, hörmət və insanlıq məkanı olaraq qalmasını təmin etmək üçün hamımız məsuliyyət daşıyırıq - bu dəyərlər həmişə düşmənçilik və parçalanma üzərində üstünlük təşkil etməlidir" – FIDE prezidentinin qurumun sosial şəbəkə hesablarında yayılan bəyanatında deyilir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Digər
Bu gün, 19:43

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Digər
Bu gün, 19:39

Yamal və Pedri Flikin qərarına baxmadılar - “El Klasiko” öncəsi gözlənilməz addım

Digər
Bu gün, 19:28

“Bir gün La Liqada oynamaq istərdim”

Digər
Bu gün, 19:25

Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

Digər
Bu gün, 19:21

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Digər
Bu gün, 19:20

Keyn "Bavariya"nın əfsanəsini keçdi: Çempionlar Liqası tarixinin ən yaxşı 8 bombardiri siyahısına daxil oldu

Digər
Bu gün, 19:11

“Mançester Yunayted” Karriklə bağlı qərarını verdi - ağır məğlubiyyətdən sonra

Futbol
Bu gün, 18:59

Mauro İkardi Betislə görüşlər keçirir

Oxşar xəbərlər