top
Faiq Həsənov: Tək olsaydım, bacarmazdım - MÜSAHİBƏ Idman.biz
14 may 2025, 14:27
- ↺ +

Faiq Həsənov: "Tək olsaydım, bacarmazdım" - MÜSAHİBƏ

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun İdman.biz-ə müsahibəsi

- Azərbaycan Televiziyasında 56 ildir yayımlanan "Şahmat Klubu" proqramı dünya efirində ən uzunömürlü idman verilişi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edildi. 56 il öncəyə qayıtsaq, bu verilişin yarandığı dövrü necə xatırlayırsınız?

- 1969-cu ildə məni AZTV-ə dəvət edib şahmat verilişi yaratmağı təklif etdilər. Birlikdə aparılan müzakirələrin nəticəsində "Şahmat klubu"nu yaratdıq. Bu layihəyə başlayanda əsas məqsədimiz ölkədə şahmatın kütləviliyini artırmaq idi. Təklif etdim ki, veriliş vasitəsilə biz insanlara şahmatı öyrədək. İstənilən şəxs bu verilişə baxmaqla şahmatı öyrənə bilərdi. Hər buraxılışda biz gedişləri təkrar edirdik. Beləcə siz iki ay baxmasanız belə bir dəfə izləməklə öncəki proqramlardan məlumatlı ola bilərdiniz. Daha sonra biz müsabiqələr keçirməyə başladıq. İzləyicilər tərəfindən bu verilişə böyük maraq vardı. Azərbaycanın hər yerindən çoxsaylı məktublar alırdıq. Zaman keçdikcə məktəblərin sayı çoxaldı, güclü məşqçilər yetişdi. Beləcə bizim verilişin də formatı dəyişdi. Artıq güclü şahmatçılarımızı, çempionlarımızı proqrama dəvət edir, onlar da öz təcrübələrini bizimlə bölüşürdülər.

- Bəs "Ginnesin Rekordlar Kitabı"na müraciət etməklə bağlı ilk addımı nə vaxt atdınız?

- Əslində, çoxdan mənə deyirdilər ki, bu qədər müddətdir veriliş gedir, artıq "Ginnesin Rekordlar Kitabı"na düşməyin vaxtıdır. Bir il öncə bu işlə ciddi məşğul olmağa başladıq.

- Çox güman, lazımi sənədləri toplamaq çətin olduğu üçün bu qədər gözləməli olmusunuz.

- Bəli, bu, həddindən artıq çətin prosesdir. Təsəvvür edin ki, bir ildən sonra buna nail ola bildik. Onu da qeyd edim ki, tək mən olsaydım, bacarmazdım. Biz komanda olaraq bu iş üçün çalışırdıq. Mahir Məmmədov sözügedən məsələ ilə bağlı rəhbəri olduğu federasiyamızda yaxşı komanda yaratmışdı. Müraciətlə bağlı xeyli çətin tələblər vardı. O vaxt veriliş canlı yayımlandığı üçün arxiv yox idi. Sən necəsə sübut etməliydin ki, belə bir veriliş olub.

- Necə sübut etdiniz?

- Köməyimizə qəzetlər gəldi. Xüsusilə də, "Bakinskiy raboçiy". Bu qəzetin 1922-ci ildən formalaşan arxivi var. Orada AZTV-nin həftəlik proqram çıxırdı. Biz həmin qəzetlərdən verilişə dair məlumatları topladıq. Daha sonra bizdən canlı şahidlər istədilər. Həmin şəxslər televiziyada çalışan mütəxəssislər olmalı idi. Bunu da həll etdikdən sonra 2005-ci ildən yaranan AZTV arxiv materiallarından verilişlərin nüsxəsini çıxarıb təqdim etdik. Təsəvvür edin, 20 illik dövr və ayda iki verilişi toplamaq. Kifayət qədər çətin proses idi.

- Bundan öncə isə sizin adınız ən uzun müddətli hakim kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilmişdi. Hər iki müraciəti eyni vaxtda etmişdiniz?

- Düzü, əvvəl hakimlik yadıma düşmürdü. Verilişlə bağlı müraciət edəndə proseslərin gedişatında gördüm ki, çox qəliz məsələlərdir, düşündüm ki, lazım deyil. Birdən yadıma düşdü ki, hakimliyə ondan qabaq başlamışam. Elə bununla bağlı müraciət edim. 1964-cü ildə Bakıda keçirilən ilk beynəlxalq şahmat turnirində hakimlik etmişəm, həmçinin dünya çempionatlarında referiliklə bağlı lazımi sənədlər əlimizdə var idi. Bu, bir qədər asan olduğuna görə, "Şahmat klubu"nu kənara qoyub hakimliyə keçdik. Bu işdə FİDE-nin arxivindəki sənədlər bizə çox kömək elədi. Ona görə də ilk olaraq hakimliklə bağlı müraciəti göndərdik, daha sonra isə "Şahmat klubu"nu tamamladıq. Nəhayət ki, uzun və mürəkkəb proseslərdən sonra məqsədimizə nail ola bildik.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Oxşar xəbərlər