Almaniyanın "Bavariya" klubu azad agent statusunda olan argentinalı hücumçu Mauro İkardini heyətinə qatmaq istəyir.
Sportify.az xəbər verir ki, bu barədə "Bild" nəşrinin məlumat yayaıb. Münhen təmsilçisi Harri Keynin yoxluğunda onu əvəz edə biləcək hücumçu axtarır. Klub eyni zamanda Keyn sıraya qayıtdıqdan sonra ehtiyat oyunçu roluna uyğunlaşa biləcək və beynəlxalq təcrübəyə malik futbolçu transfer etmək niyyətindədir.
Qeyd edək ki, Harri Keyn noyabrın 20-də "Köln"lə matçın 20-ci dəqiqəsində sindesmoz bağının qopması səbəbindən əvəzlənib. İngiltərə millisinin üzvü bu mövsüm klub səviyyəsində bütün turnirlərdə 16 oyuna çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə verib.
33 yaşlı Mauro İkardi isə mövsümün sonunda "Qalatasaray"dan azad agent kimi ayrılıb. Argentinalı hücumçu ötən mövsüm bütün turnirlərdə 16 qol vurub. O, karyerası ərzində PSJ, "İnter" və "Sampdoriya" klublarında da çıxış edib.