İspaniya "Barselona"sının zədəli futbolçusu Runi Bardqji komandasının "Sabah"la matçı zamanı kompüterdə "Counter-Strike 2" oynayıb, eyni vaxtda isə kataloniyalıların qarşılaşmasını noutbukdan izləyib.
Sportify.az xəbər verir ki, isveçli futbolçu bu anları sosial şəbəkədəki hekayəsində paylaşıb.
Azarkeşlərin narazılığından sonra Bardqji həmin paylaşımı silib və klubun bazasında məşq etdiyi görüntüləri yayımlayıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma “Barselona”nın qələbəsi ilə yekunlaşıb – 4:1.