Fransa təmsilçisi "Marseille"in baş məşqçisi Brüno Jenezo Avropa kuboklarında Fransa klublarına rəhbərlik edən məşqçilər arasında qələbə sayına görə rekord müəyyənləşdirib.
Sportify.az xəbər verir ki, bu barədə "So Foot" nəşri məlumat yayıb.
60 yaşlı mütəxəssisin rəhbərliyi altında Fransa komandaları avrokuboklarda 42 qələbə qazanıb. Bununla da o, əvvəlki rekordun sahibi Gi Ruunu geridə qoyub.
Qeyd edək ki, Jenezo 2026-cı ilin iyulundan "Marseille"ə rəhbərlik edir. O, karyerası ərzində "Lill", "Renn", "Lion", "Beijing Guoan" və "Rasinq" (Bezanson) klublarında da çalışıb.
Xatırladaq ki, "Marseille" Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Levski"ni 1:0 hesabı ilə məğlub edib. Komanda 5 oyundan sonra 6 xalla turnir cədvəlinin 24-cü pilləsində qərarlaşıb.